Ermənistan dəhlizi bundan sonra da bloklasa... Prezident
Icma.az, Axar.az saytına istinadən bildirir.
Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşü zamanı deyib.
“Təəssüf ki, son beş ildə Ermənistan tərəfində heç bir iş (Zəngəzur dəhlizi ilə bağlı – red.) aparılmayıb. Bu məsələ qəsdən gündəmdən çıxarılır. Belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Əgər onlar bu prosesi əngəlləməkdə davam etsələr, düşünürəm ki, nəinki bu gün düşdüyü nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcrid vəziyyətində olacaqlar”, - İ.Əliyev qeyd edib.
Bu mövzuda digər xəbərlər:Prezident İlham Əliyev: Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır
20 İyul 2025 10:28
Ermənistan özünü bundan məhrum etdi Prezident
09 Aprel 2025 10:29
Ermənistan da COPa dəvət edilib Prezident
11 Noyabr 2024 17:09
Zəngəzur dəhlizi açılarsa, bundan Ermənistan da məmnun qalmalıdır
18 İyul 2025 14:36
Ermənistan Konstitusiyasını dəyişməlidir Prezident
18 Dekabr 2024 16:00
Baxış sayı:59
Bu xəbər 19 İyul 2025 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















