Alkaras Zverevi məğlub etdi, ATP Finalının qalibi oldu
Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniyalı tennisçi Karlos Alkaras karyerasında ilk dəfə ATP Finalı turnirinin qalibi olub.
Apasport.az xəbər verir ki, 23 yaşlı idmançı İtaliyanın Turin şəhərində keçirilən yarışın finalında almaniyalı Aleksandr Zverevlə qarşılaşıb.
Dünya reytinqinin üçüncü pilləsində qərarlaşan Alkaras lider Zverevi 6:2, 7:6 (9:7) hesablı setlərlə məğlub edərək çempionluq qazanıb.
İspaniyalı tennisçi bununla daha bir uğura imza atıb. O, Andre Aqassi, Rocer Federer və Novak Cokoviçdən sonra dörd fərqli “Böyük Dəbilqə” turnirini və ATP Finalını qazanmağı bacaran dördüncü kişi tennisçi olub.
Zədədən qayıtdıqdan sonra keçirdiyi son 23 oyunun 22-də qələbə qazanan Alkaras dünya reytinqində ikinci pillədəki Yannik Sinnerlə xal fərqini 350-yə endirib.
Qeyd edək ki, Alkaras ötən il də ATP Finalının həlledici görüşündə iştirak etsə də, həmin vaxt Sinnerə məğlub olmuşdu.
Tamerlan Əzizov ilk ATP reytinq xallarını qazanıb "2026 US Open" - Zverev çempion oldu ABŞ Açıqda böyük sensasiya – Şelton 4 saat 28 dəqiqəyə Alkarası devirdi “ABŞ Open”də 1/4 finalçılar bəlli oldu Rocer Federer Tennis Şöhrət Zalına daxil edilib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 23 Noyabr 2026 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















