Icma.az
close
up
RU
Ermənistan etiraf edir: Azərbaycan olmadan regional proses mümkün deyil

Ermənistan etiraf edir: Azərbaycan olmadan regional proses mümkün deyil

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Regional diplomatiya Azərbaycanın xarici siyasətinin ən fəal istiqamətlərindən biridir. Bu, təsadüfi deyil, ölkənin regionda çoxşaxəli maraqları var. Azərbaycan üçün bu coğrafiya həm geniş əməkdaşlıq perspektivləri, həm də müxtəlif təhlükələr saxlayır". 
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
O qeyd edib ki, regionda Türk dünyasına aid beş ölkə mövcuddur:
"Eyni zamanda Ermənistan kimi düşmən dövlət, münasibətləri sabit olmayan İran və Rusiya kimi tərəflər var. Bununla yanaşı, Azərbaycanın sınanmış, strateji müttəfiqi olan Türkiyə də bu bölgədə yer alır. Belə mürəkkəb şəraitdə Azərbaycan hər bir dövlətə münasibətdə fərqli və məqsədyönlü diplomatik xətt yürüdüb və bu yanaşma ona bölgədə üstün mövqey əldə etməyə imkan verib".
Onun fikrincə, təsadüfi deyil ki, sadalanan ölkələrin hər biri, hətta Ermənistan belə regional maraqlarının reallaşmasında Azərbaycandan asılı olduğunu etiraf edir:
"Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bu gün region ölkələri üçün strateji tranzit və çıxış qapısı rolunu oynayır. Bu mövqe öz-özünə yaranmayıb, uzunmüddətli, ölçülüb-biçilmiş siyasətin nəticəsidir. Azərbaycan həm regiondaxili prosesləri, həm də dövlətlərarası münasibətləri qlobal güc mərkəzləri ilə uğurla əlaqələndirib".
A.Quliyev bildirib ki, regional diplomatiya eyni zamanda Qərb və Avrasiya istiqamətindəki siyasətlə, ABŞ, Çin və Cənub-Şərqi Asiya ilə əlaqələr kontekstində də düzgün qurulub:
"Nəticə etibarilə, Azərbaycan bu gün regionun ən stabil dövlətlərindən biridir və həm regional münasibətlər sistemində, həm də müxtəlif geosiyasi qütbləri birləşdirən əlaqə nöqtəsi kimi mühüm rol oynayır. Bu uğur, Azərbaycanın regional diplomatiyanı qlobal siyasətlə düzgün və çevik şəkildə inteqrasiya etməsinin nəticəsidir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Noyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri