İranın bəndləri raketləri GİZLƏDİR?
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 17-də İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasının Vaşinqtonda kimyəvi silah istifadə etmək planları ilə bağlı mediada yayılan məlumatları cəfəngiyat adlandırıb.
“Cebheinfo.az” xəbər verir ki, o, "Son 72 saat ərzində İsrail tərəfdarı olan media İranın Vaşinqtonda kimyəvi silah istifadə etməyi planlaşdırdığını, eyni zamanda bəndlərin altında raket bazaları qurduğunu bildirdi. Cəfəngiyatdır", - deyə sosial mediada yazıb.
Əraqçi bu məlumatları İraq müharibəsindən qalma təbliğatla müqayisə edib. Xatırladaq ki, media orqanları da İranın su infrastrukturu ilə ölkənin raket proqramı arasında əlaqə barədə məlumatlar yayıb. Ölkənin geniş bənd şəbəkəsinin "raket istehsal gücünü gizlətmək üçün" istifadə edilə biləcəyi bildirilib.
CNN İranın 16 noyabrda ABŞ rəsmilərinə kimyəvi silahlarla hücum etmək planı ilə bağlı məlumat yayıb. “Breitbart News”-un istinad etdiyi sənədlərdə qeyd olunur ki, kəşfiyyat İranın hücumu üçün konkret yerlər və hədəflər haqqında məlumat alıb. Bundan əlavə, partlayıcı qurğu hazırlamaq üçün materialların əvvəlcədən yerləşdirilməsini göstərə biləcək rabitə vasitələri ələ keçirilib.
Xəzər
“Cebheinfo.a
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:63
Bu xəbər 18 Noyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















