Putinlə Szinpin görüşdü: Çoxqütblü dünya...
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
09:54
Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Szinpin Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində danışıqlara başlayıblar.
Axar.az xəbər verir ki, Szinpin iki ölkənin münasibətlərini yeni tip böyük dövlət münasibətləri üçün model adlandırıb və onları dağla müqayisə edib.
“Güclü liderliyimiz altında Çin-Rusiya münasibətləri dünyada baş verən hər hansı bir çətinliyə baxmayaraq, dağ kimi sabit olub və qalmaqdadır", - Çin lideri vurğulayıb.
Putin cavab olaraq iki ölkənin işinin yüksəlişdə olduğunu və xarici siyasət əlaqələrinin sabit olduğunu təsdiqləyib.
O, Moskva və Pekinin daha ədalətli çoxqütblü dünya nizamı üçün birgə mübarizə apardıqlarını söyləyib.
***
Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Szinpin arasında Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində danışıqlar başa çatıb.
Danışıqlar iki saatdan çox davam edib.
Liderlər məhdud və geniş tərkibdə danışıqlar aparıblar.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Szinpin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş 19 noyabrda planlaşdırılır.
Baxış sayı:93
Bu xəbər 18 Noyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















