Ermənistan həbsxanalarında məhbus ölümləri artıb
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu ilin əvvəlindən Ermənistanın penitensiar müəssisələrində dörd məhbus ölümü qeydə alınıb. Onlardan ikisi intihar hadisəsi olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin Cinayət İcra Xidməti “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq məlumat verib.
Ölüm hadisələrindən biri Xnami Palliativ Qayğı Mərkəzində, digəri isə Nubaraşen həbsxanasında baş verib. Stepanavan meri vəzifəsinə “Güclü Ermənistan” partiyasından namizəd Arsen Gevorqyan da Nubaraşen həbsxanasında vəfat edib.
İntihar hadisələrindən biri Armavir, digəri isə Nubaraşen cəzaçəkmə müəssisəsində qeydə alınıb. Ölənlərin dördü də həbsdə olan şəxslərdir.
Qeyd edək ki, 2025-ci ildə Ermənistanın penitensiar müəssisələrində 24 ölüm hadisəsi qeydə alınıb. Onlardan 12-si məhkum, 12-si isə saxlanılan şəxslər olub.
Ötən il səkkiz ölüm intihar kimi təsnif edilib. Doqquz məhbus müalicə üçün köçürüldükləri tibb müəssisələrində, yeddi nəfər isə penitensiar müəssisələrdə həyatını itirib.
Müqayisə üçün, 2024-cü ildə Ermənistanın penitensiar sistemində 12 ölüm hadisəsi qeydə alınıb. Həmin il məhbuslar arasında heç bir intihar hadisəsi baş verməyib.
Murad İsmayıl
Baxış sayı:60
Bu xəbər 18 Noyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















