Icma.az
close
up
RU
Ermənistan hökuməti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməlidir Deputatla MÜSAHİBƏ

Ermənistan hökuməti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməlidir Deputatla MÜSAHİBƏ

Sonxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Ermənistan hökuməti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməlidir" - Deputatla MÜSAHİBƏ

Milli Məclisin deputatı Səbinə Salmanovanın Sonxeber.az-a müsahibəsini təqdim edirik:

- Səbinə xanım, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanalların verdiyi müsahibədə bir çox məsələlərə aydınlıq gətirməklə yanaşı həm də qarşıdakı hədəflər barədə də geniş məlumat verib. İstərdik ilk olaraq həmin müsahibədən başlayaq...

- Prezident İlham Əliyev yerli televiziya kanallarına təqribən 3 saatlıq müsahibəsində ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi. Dövlətimizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırdı. Bir sözlə, Prezident İlham Əliyev son müsahibəsi ilə hər kəsdə dünyanın bu günü və gələcəyi, bu fonda isə Azərbaycanın yeri və rolu barədə aydın təsəvvürlər formalaşdırdı.

Bildiyiniz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin sayəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb.

Hesab edirəm ki, müsahibədə səsləndirilən fikirlər, ismarışlar və çağırışlar həm ictimai xadimlər, həm diplomatlar, həm də gənc nəsil tərəfindən dərindən öyrənilməli, geniş müzakirə edilməli və Azərbaycanın inkişaf hədəfləri üçün təlimat xarakteri daşımalıdır.

- Son günlər ölkənin əsas gündəmində AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasıdır. Prezident İlham Əliyev AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə bir sıra mesajlar verdi. Bu gün hər kəs "qara qutu"nun açılmasını gözləyir. Bu gün hamının maraqlandıran sual pilotlarımız niyə məhz Qazaxıstana göndərilməsidir?

- Prezident İlham Əliyevə hadisə məruzə ediləndən dərhal sonra dövlətimizin başçısı qəza ilə əlaqədar məsələləri nəzarətə götürdü. Ölkə başçımız tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımi tapşırıqlar verildi.

Dərhal Azərbaycan xüsusi nümayəndə heyəti Aktau şəhərinə ezam edildi. Eyni zamanda, Prezidentin göstərişi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayət işi açdı. Bütün bunlar bu böyük faciənin ağır nəticələrinin tezliklə aradan qaldırılması və bu hadisənin günahkarlarının cəzalandırılması istiqamətinə Azərbaycan Prezidentinin əzmini və iradəsini göstərdi.

Xatirinizdədirsə, dövlətimizin başçısı dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində qəzanın ilkin səbəbi kimi Rusiya tərəfindən ortaya atılan quş dəstəsi ilə toqquşma və ya təyyarədəki qaz balonunun partlaması ilə bağlı versiyaların tamamilə cəfəng və absurt olduğunu və bunun Rusiya tərəfinin məsələni ört-basdır etmək cəhdindən başqa bir şey olmadığını açıq bir şəkildə bəyan etdi.

Həmçinin dövlətimiz tərəfindən Dövlətlərarası Aviasiya Komitəsinin "qara qutu"ları açmasına qəti etiraz olundu. Çünki Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən "qara qutu"lar açılsaydı, obyektivlik sual altına düşə bilərdi. Ona görə hər zaman ədalətli mövqe sərgiləyən Prezident İlham Əliyevin təkidi ilə "qara qutu"ların təhlilinə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada başlanıldı. Əminik ki, yaxın vaxtlarda biz hadisənin ilkin səbəblərini dəqiqliklə öyrənəcəyik.

Sualınıza gəldikdə isə onu deyə bilərəm ki, Minvod, Mahaçqala və həmin əraziyə yaxın digər hava limanlarına eniş icazəsi verməmək, idarəolunmaz vəziyyətdə olan təyyarəni dənizin üzəri ilə daha uzaq Aktauya istiqamətləndirmək, çox böyük ehtimal ki, təyyarənin Xəzərin o tayına gedib çata bilməyəcəyi və dənizə düşəcəyinə, törədilən cinayətin tamamilə ört-basdır ediləcəyinə hesablanmış daha böyük insanlıq əleyhinə olan cinayət əməlidir.

Rusiya tərəfi öz günahını etiraf etməli və günahkarları cinayət məsuliyyətinə cəlb etməli və cəzalandırmalı, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bizim bu tələblərimiz beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Ümid edirik ki, Rusiya tərəfi tezliklə reallığı və Azərbaycanın tələblərini qəbul edəcək.

- Sülh müqaviləsinin 2025-ci ildə bağlanılması ehtimalı böyükdür. Nəhayət, bu il sülh müqaviləsi imzalana bilərmi?

- Tarixdə qələbə qazanan ölkənin məğlub tərəfə sülh təklifi etməsi az hallarda baş verən prosesdir. Ancaq Azərbaycan böyüklük, humanistlik göstərərək Ermənistana bu təklifi edib. Buna baxmayaraq, Ermənistan hələ də sülhlə bağlı səmimiliyini ortaya qoya bilmir.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh sazişi mətninin razılaşdırması imzalanması üçün Ermənistan, ilk növbədə, hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən konstitusiyasında müvafiq dəyişikliklər etməlidir. Biz qarşı tərəfdən bu istiqamətdə də hər hansı bir addımın atıldığını görmürük.
Bundan başqa, Şərqi Zəngəzur iqtisadi rayonunu, bütövlükdə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin olduğunu bilsə də, yerinə yetirmir. Digər tərəfdən də yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistan silahlanmadan əl çəkməlidir. İndiki dönəmdə sülhdən danışmaq mümkün deyil. Ümid edirəm ki, Ermənistan rəhbərliyi sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtlərini qəbul edəcək. Amma Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil.

- Bu gün qarşıya qoyulan hədəflərdən biri də qərbi azərbaycanlıların öz doğma yurdlarına köçürülməsidir. Qərbi azərbaycanlıların sülh və təhlükəsiz və ləqayətli şəkildə geri qayıdışı dedikdə nələr nəzərdə tutulur?

- Əvvəlcə onu xatırladım ki, XX əsrin əvvəllərindən başlayaraq, müxtəlif dövrlərdə soydaşlarımız Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya edilib, etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Son etnik təmizləmə 1988-1991-ci illərdə baş verib. Ermənilər düşünülmüş şəkildə 300 mindən çox azərbaycanlını öz doğma yurdlarından deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət edib, dağıdıb və xarabalığa döndəriblər.

İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var. Bundan başqa BMT-nin də məlum dörd qətnaməsindən ikisində Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı əsaslar var. Belə ki, 1993-cü ildə qəbul edilmiş 853 və 874 saylı qətnamələrdə bölgədəki qaçqınların geri qayıtmasına şərait yaratmaq tələb olunur.

Ermənistan hökuməti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməli, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməlidir. Həmçinin dədə-baba torpaqlarına qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqları da bərpa edilməli, onların evləri, icma torpaqları da qaytarılmalıdır.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 13 Yanvar 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri