Icma.az
close
up
RU
“Hadisəyə məntiqi yanaşmaq çətindir, amma… Psixiatr Tovuzdakı qətldən danışdı

“Hadisəyə məntiqi yanaşmaq çətindir, amma… Psixiatr Tovuzdakı qətldən danışdı

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən Tovuz rayonunun Əyyublu kəndində dəhşətli qətl hadisəsi baş verib. 32 yaşlı Səbuhi Hacızadə həyat yoldaşı 29 yaşlı Mətanət Hacızadəni bıçaqlayaraq öldürüb. Hadisədən sonra Səbuhinin videosu yayımlanıb. Videoda o, törətdiyi qətli etiraf edib və öz həyatına son vermək istədiyini bildirib: “İnşallah ölmüsən, növbədə öz canımı verməkdir”. Bir neçə saat sonra Səbuhi Hacızadə Əyyublu kəndi ərazisindəki ağacdan asılı vəziyyətdə tapılıb.

Məlumata görə, cütlüyün üç övladı var. Səbuhi Hacızadə son dörd aydır Monteneqroda işləyirmiş və hadisə günü Azərbaycana qayıdıbmış.

Bu faciə sosial şəbəkə platformalarında geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər Səbuhinin hərəkətinə haqq qazandırmağa çalışaraq, xəyanət etdiyinə inanılan həyat yoldaşına qarşı əməlinin “doğru” olduğunu iddia ediblər.

Mövzu ilə bağlı News24.az-a danışan psixiatr uzman Fuad Bəşirov bildirib ki, bu cür hadisələrdə patoloji qısqanclıq sindromu rol oynaya bilər:

“Patoloji qısqanclıq zamanı insan həddindən artıq qısqanclıq göstərir və reallıqda mövcud olmayan hadisələrdə də qarşı tərəfi günahlandıra bilir. Xəstələrdən "niyə belə etdiniz?" soruşulduqda fakt, video və ya hər hansı bir sübut təqdim edə bilmirlər, lakin işarələrlə bunu izah etməyə çalışırlar. Bəziləri deyir ki, "yoldaşımı axşam oyananda yanımda görmədim, dərhal ağlıma xəyanət etdiyi fikri gəldi", halbuki həmin vaxt yoldaşı mətbəxdə olur. Eyni şəkildə, "telefonda onlayndır, amma mənə yazmır, deməli məni aldadır", "evə gələndə yorğun idi, mənə xəyanət edir" kimi kiçik işarələr onlar tərəfindən xəyanət kimi qəbul edilir”.

O əlavə edib ki, bu hallar yalnız həyat yoldaşına qarşı yönəlir və digər münasibətlərdə – valideynlər, dostlar, iş mühitində normal qalır:

“Patoloji qısqanclıq kişilərdə daha çox rast gəlinir. Əgər xəstə müalicəyə müsbət yanaşarsa, nəticə əldə etmək mümkündür”. 

Psixiatr həmçinin intihara cəhd edən şəxslərin əksər hallarda hadisədən öncə xəbərdarlıq etdiklərini söyləyib:

“Bəziləri vəsiyyət yazır, bəziləri yaxınlarına "mən bezmişəm" və ya "özümü pis hiss edirəm" deyir, bəziləri isə bunu videolar vasitəsilə ifadə edir. Tovuzda baş verən qətldə yayımlanan video da belə bir xəbərdarlıq idi, lakin təəssüf ki, cəmiyyət olaraq ona kömək edə bilmədik”.

Fuad Bəşirov vurğulayıb ki, əgər qətli törədən şəxsin əlində faktlar olsaydı, onları özünü təsdiq etmək üçün yaymasaydı da yaxınlarına göstərərdi:

“Hadisəyə məntiqi yanaşmaq çətindir, amma xəstəlik prizmasından baxanda hər şey aydın olur. Patoloji qısqanclıq zamanı insanın mühakimə qabiliyyəti pozulur və qısqanclıq o qədər güclü olur ki, nəticədə ölümə gətirib çıxara bilir”.

Cəmiyyətin reaksiyasını şərh edərkən psixiatr bildirib ki, bu hadisədə öldürənə haqq qazandırmaq duyğusal reaksiyadır: 

"İnsanlar toplanan gərginliyi ekran arxasından şərhlər verərək boşaldırlar. Praktik baxışda isə günahsız tərəf, adətən uşaqları özündə saxlayır və qarşı tərəfə göstərməməyə çalışır. Yaxın qohumlar isə günahkar tərəfi danışdırmırlar, beləliklə, cəmiyyət bu cür günahkarı cəzalandırmış olur". 

Nilufər 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri