Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Avtobus zolağına girmək olar, amma heç bir sürücü cürət etmir SƏBƏB AÇIQLANDI

Avtobus zolağına girmək olar, amma heç bir sürücü cürət etmir SƏBƏB AÇIQLANDI

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avtobus zolaqlarında elə saatlar var ki, həmin vaxtlarda minik avtomobillərinin bu zolaqlardan istifadə etməsinə icazə verilir. Lakin bir çox sürücülər bu qaydadan ya xəbərsizdir, ya da qaydanı bilsələr belə, həmin zolaqlardan istifadə etməyə cəsarət etmirlər. Məsələn, paytaxtın Nərimanov rayonu ərazisindəki Əhməd Rəcəbli küçəsində avtobus zolağına giriş 17:00 – 20:00 arasında qadağan olmasına baxmayaraq, burada digər vaxtlarda da minik maşını görmək mümkün deyil. Çünki dəfələrlə bəzi sürücülər qayda pozmasalar belə, onlara avtobus zolaqlarına girdikləri üçün cərimə yazılıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, avtobusların pik vaxtlarında minik maşınlarının ora girməməsi üçün əlavə lövhəciklər var:

"Çox təəssüf ki, sürücülərin çoxu bundan məlumatsızdır, çünki qaydaları bilmirlər. Bir hissəsi isə qaydaları bilir, amma ora daxil olmağa qorxur, çünki bəzi hallarda cərimələr gəlir. Yəni belə deyək, oxşar nömrələr olanda, məsələn, biz olmasaq da, nömrəsi bizə bənzər başqa bir avtomobil olsa, bu hallarda da cərimələr gəlir. Ona görə sürücülərin çoxu qorxularından bu cür vaxtlarda, tıxac olsa belə, ora daxil olmurlar.

Amma istəyiriksə ki, oradan hamı düzgün qaydada istifadə etsin, gərək radioda, televiziyada maarifləndirmə işləri aparılsın. Sürücülər tez-tez məlumatlandırılmalıdır ki, bilməyənlər də bilsinlər: orada yazılan saatlarda daxil olmaq olmaz, digər saatlarda isə daxil olmaq olar. Əgər əlavə lövhəcikdə heç bir saat göstərilməyibsə, bu halda avtobus zolağına heç bir halda daxil olmaq olmaz".

Onun sözlərinə görə, əlavə lövhəcik yoxdursa və ya pik vaxtları deyilsə belə, avtomobillər avtobus zolağına daxil olan kimi cərimələnirlər:

"Ümumiyyətlə, avtobus zolaqlarını elə təşkil etmək lazımdır ki, ora yalnız pik saatlarda daxil olmaq qadağan edilsin. Qalan vaxtlarda tıxac olmur, yəni oranı boş saxlamağın mənası yoxdur. Belə olsa, həm daha səmərəli olar, həm də bütün sürücülər məlumatlı olar. Çünki bəzi yerlərdə ümumiyyətlə heç bir lövhəcik yoxdur, ora daxil olmaq mümkündür. Bəzilərində isə, məsələn, səhər 7-dən axşam 20:00-a qədər qadağandır. Digər yerlərdə isə yalnız səhər və axşam pik saatlarında qadağadır. Ona görə də qaydaları tam bilməyən və özünə güvənməyən sürücülər bura daxil olmağa çəkinirlər.

Bir də onu demək istəyirəm ki, əgər biz avtobus zolağına daxil olanda cərimələniriksə, bəs niyə avtobuslar bizim zolağa daxil olanda, heç bir zərurət olmadan və ya yol boş olduğu halda, yaxud dayanacaqlarda bir-birini ötməyə başlayanda, onlara tədbir görülmür? Əgər bu sürücülər əməkhaqqı ilə işləyirlərsə, bunu etməyə heç bir zərurət yoxdur. Bu, sadəcə sürücülərin eqosu və səbirsizliyidir. Onlar istədikləri kimi hərəkət edirlər və qəza şəraiti yaradırlar".

Ekspert maarifləndirmə məsələsindən də bəhs etdi:

"Bunu mütləq şəkildə kütləvi formada sosial şəbəkələrdə, radio və televiziya vasitəsilə tez-tez izah etmək lazımdır ki, bilməyən sürücülər də məlumatlı olsunlar. Amma bəzi sürücülərə bu vəziyyət sərf edir, çünki bilməyən sürücülər çox olanda avtobus zolağı tıxac olmur. Əslində, bir tərəfdən bu, bizə də sərf edir, yəni bilməyərəkdən belə sürücülər avtobus zolağını boş saxlayır və heç olmasa avtobuslar tıxacda qalmır. Yəni burada bir qədər fərqli məqamlar var. Ona görə də avtobus zolaqları elə təşkil edilməlidir ki, yalnız pik saatlarda ora daxil olmaq qadağan edilsin. Əks halda, həqiqətən də bilməyən sürücülərin sayı çoxdur. Mən özüm də tez-tez yolda olarkən şəkil paylaşıram və görürəm ki, başqaları da paylaşır, sürücülər qaydaları bilmədikləri üçün ora girməyə çəkinirlər.

Məsələn, "Azneft" dairəsini götürsək, orada tez-tez tıxac yarananda yol polisləri vəziyyəti tənzimləyirlər və icazə verirlər ki, sürücülər ora daxil olsunlar, yolun axıcılığı artsın. Çünki avtobus zolağı boş qalır, amma digər zolaqlar tıxac olur. Bu cür hallarda polislərin bu yanaşması doğrudan da kömək edir".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri