Icma.az
close
up
RU
Ermənistan iqtisadiyyatı dərin struktur problemlərlə üz üzədir

Ermənistan iqtisadiyyatı dərin struktur problemlərlə üz üzədir

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Ermənistanın irəli sürdüyü “Dünyaların Kəsişməsi” layihəsi artıq ictimai müzakirələrdə yer almağa başlayıb. Ermənistan bu təşəbbüslə guya regionda yeni logistik dəhliz formalaşdırmaq və qonşu ölkəlrlə əməkdaşlığa başlamaq niyyətində olduğunu göstərir. Amma gəlin görək, bu layihə siyasi, iqtisadi (maliyyə), coğrafi və zamanlama baxımından nə dərəcədə reallaşa bilər?
A. Siyasi baxımdan:
Etimadın olmamas və regiondaxili ziddiyyətlərin mövcudlğu siyasi baxımından bu layihə üçün tam uyğunsuz mühit yaradıb.
Çünki, Ermənistanınson onilliklərdə regionda apardığı təcavüzkar siyasət və ikili standartlar bu ölkəyə qarşı güclü bir etimadsızlıq formalaşdırıb. Region ölkələrinin, hətta İranın belə bu layihəyə ehtiyatla yanaşmasının əsas səbəbi siyasi sabitlik zəmanətinin olmamasıdır.
Eyni zamanda Ermənistanın öz daxilində və hökumət çevrəsində də siyasi parçalnmalar, qərarsızlıq və strateji kursun tez-tez dəyişməsi layihənin davamlılığını və sabitliyini sual altına alır.
B. İqtisadi baxımndan:
Maliyyə resurslarının yoxluğu və eləcə də investor marağının zəifliyi bu layihənin iqtisadi cəhətdən dəstəklənməsini mümkünsüz edir. Çünki, Ermənistan iqtisadiyyatı hazırda dərin struktur problemlərlə üz-üzədir. Xariciborcun ciddi artımı və investisiya axınının zəifliyi bu cür nəhəng infrastruktur layihəsinin maliyyələşdirilməsini çətinləşdirir.
Digər bir tərəfdən isə regionda alternativ dəhlizlər olduğu üçün (Orta dəhliz, Şimal-Cənab dəhlizi və potensial Zəngəzur dəhlizi) “Dünyaların Kəsişməsi” layihəsi beynəlxalq investorlar üçün prioritet ola bilməz.
C. Coğrafi baxımdan:
Ərazi əlverişsizliyi və alternativ marşrutların mövcudluğu da geosiyasi və coğrafi baxımdan bu layihəni əlverişsiz edir. Çünki, Ermənistanın coğrafiyası nəqliyyat dəhlizləri üçün əlverişli sayılmır. Dəniz çıxışı olmayan, dağlıq relyefə malik və qonşlarla münasibətləri gərgin olan bir ölkənin logistik mərkəzə çevrilməsi real görünmür.
D. Zamanlma baxımından:
Dünya və region yeni qlobal iqtisadi nizam axtarışında olduğu bir dönəmdə, Ermənistanın belə gecikmiş və hazırlıqsız şəkildə ortaya atdığı təşəbbüs artıq qlobal trendlərdən geri qalır. Həmçinin layihənin hüquqi və texniki çərçivələri aydın deyil. Bu da orta və uzunmüddətli planlaşdırma baxımından ciddi problemlər yaradır.
Bir sözlə, “Dünyaların Kəsişməsi” layihəsi, Ermənistanın özünü regionun mərkəzinə çevirmək arzusu ilə irəli sürdüyü bir layihədir. Əslində isə bu siyasi, iqtisadi və strateji baxımından zəif bir təşəbbüsdür. Ermənistan üçün daha real və faydalı yol odur ki, normal qonşuluq münasibətlərini bərpa edərək, Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş dəhlizlərindən yararlansın. Yalnız sülh müqaviləsindən və Azərbaycan Ermənistanın regional layihələrdə iştirakına “OK” verdikdən sonra onların hansısa layihə təklifləri müzakirə edilə və icrası üçün dəstəklənə bilər.
Eldəniz Əmirov, iqtisadçı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Aprel 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri