“Ermənistan klubu “Qarabağ”ın yolunu seçib”
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukraynalı məşqçi Vitali Kvartsyani Kiyev “Dinamo”sunun UEFA Konfrans Liqasının son turu çərçivəsində bu gün Ermənistan klubu “Noa”ya qarşı keçirəcəyi oyun barədə fikirlərini bildirib.
“Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir ki, o, “Dinamo”nu matçın favoriti hesab edib.
Kvartsyani “Noa”nı Azərbaycan çempionu “Qarabağ”a bənzədib: “Noa” legionerlərdən qurulmuş komandadır. Onlar müəyyən mənada “Qarabağ”ın yolunu seçiblər. Bu yolun səhv olduğunu da deyə bilmərik. Çünki Azərbaycan komandası Çempionlar Liqasında layiqli çıxış edir. “Noa”da da çoxu cənub ölkələrindən olan texnikalı futbolçular var. Amma hazırkı “Dinamo”dan güclü olduqlarını düşünmürəm”.
Qeyd edək ki, Konfrans Liqasında son tur öncəsi “Noa” 8 xalla 17-ci, “Dinamo” isə 3 xalla 28-ci yerdə qərarlaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 18 Dekabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















