Icma.az
close
up
RU
Ermənistan Qərbin “poliqonu” olmaq yolunu seçib

Ermənistan Qərbin “poliqonu” olmaq yolunu seçib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan iqtidarı “eyni vaxtda iki stulda əyləşmək” siyasətini davam etdirir. Ölkə həm Rusiyanın qurub yaratdığı Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqında təmsil olunur, bu əməkdaşlıq platformalarının verdiyi imtiyazlardan faydalanır, həm də Avroatlantik strukturlara inteqrasiya etməyə çalışır. Əgər rəsmi İrəvan Rusiya ilə əməkdaşlıqdan daha çox iqtisadi fayda əldə edirsə, Qərblə yaxınlaşmaqdan siyasi mənfəət güdür.

Maraqlıdır ki, Nikol Paşinyan iqtidarının Moskva ilə əlaqələrinin səviyyəsi Rusiya–Ukrayna müharibəsinin gedişi ilə düz mütənasibdir. Ukrayna qoşunları irəliləyəndə və beynəlxalq vəziyyət Kiyev üçün əlverişli olanda Ermənistan da Rusiyadan üz döndərir. Rusiya ordusu hücuma keçəndə və beynəlxalq arenada bu dəfə Moskva üçün uyğun şərait yarananda İrəvan üzünü Kremlə çevirir. Bir sözlə, qonşularımız əsl hay xislətinə uyğun davranış nümayiş etdirirlər. Yeri gəlmişkən, qeyd edək ki, bu xislət əsrlərdir dəyişməz olaraq qalır.

Dördüncü ayını yola salmaq üzrə olduğumuz 2025-ci il də Paşinyan iqtidarının Qərblə, xüsusilə təhlükəsizlik və müdafiə sahələrində əlaqələrin dərinləşdirilməsi istiqamətində ardıcıl siyasi kurs nümayiş etdirməsi ilə seçilir. Ermənistan dövlətçiliyinin yaranmasında müstəsna xidmətlərə malik ənənəvi müttəfiqi Rusiya ilə münasibətlərin soyuması fonunda İrəvan getdikcə Qərbin müdafiə təşəbbüslərinə cəlb olunur. Bu da təkcə rəsmi şəxslərin bəyanatları ilə deyil, həm də hərbi əməkdaşlıq sahəsində konkret addımlarla müşayiət olunur.

2025-ci il martın 26-da ölkə parlamenti “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü prosesinin başlanması haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib. Cəmi bir neçə gün sonra – aprelin 4-də isə prezident Vaaqn Xaçaturyan qanunu imzalayıb. Bununla da Hayastanın Avroatlantik məkana inteqrasiyası istiqamətində daha bir addım atılıb. Doğrudur, ekspertlər Ermənistanın yaxın gələcəkdə Avropa İttifaqına (Aİ) üzv olacağına skeptik yanaşırlar. Buna baxmayaraq, belə bir təşəbbüsün qanunverici orqana çıxarılması və qəbulu vacib ismarıcdır. Xarici işlər nazirinin müavini, bu yaxınlarda Ermənistanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin edilmiş Paruyr Ovannisyan qanun layihəsinə müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı yeni fəslin əlavə olunduğunu açıqladı. Ovannisyan həvəslə bildirdi ki, Ermənistan və Aİ arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi İrəvan və Brüsselin cari müzakirələrinin gündəmindədir. Erməni diplomat əlavə edib ki, artıq müdafiə sektorunda çox konkret, nəzərəçarpan proqram var. Bu proqram üzrə saziş hazırdır və yaxın vaxtlarda imzalanacaq. Onun sözlərinə görə, bu, Aİ-nin ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində fəaliyyət göstərən missiyalara da aiddir ki, bu da Avropa Sülh Fondundan istifadə etməyə imkan verəcək. Xatırladaq ki, ötən il aprelin 5-də ABŞ Dövlət katibi, Avropa Komissiyasının prezidenti və Ermənistan baş naziri arasında Brüsseldə baş tutan üçtərəfli görüşdən sonra imzalanan sənəddə Ermənistanın Avropa Sülh Fondu vasitəsilə silahlandırılmasına dair məqamlar da yer alıb.

İrəvanla Aİ arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş tədbirlər sırasında Ermənistanın Aİ yanında hərbi attaşesinin təyin olunmasını, həmçinin təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Brüsselə son səfərini də xatırlamaq olar. Qeyd edək ki, səfər Ermənistanın Aİ-yə üzvlüyü prosesinin başlanması haqqında qanun layihəsinə müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı yeni fəsil əlavə edildikdən sonra baş tutub. Qriqoryan Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin xüsusi müşaviri Yelizabet Belloni ilə görüşüb. Görüş zamanı Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti müzakirə edilib. Ölkənin müdafiə naziri Suren Papikyanın belçikalı həmkarı Teo Frankenlə görüşü isə göstərir ki, Brüssellə əməkdaşlıq, görünür, Aİ çərçivəsi ilə məhdudlaşmayacaq.

İkitərəfli müstəvidə Türkiyəyə qarşı ümumi düşmənçilik kontekstində Ermənistanın köhnə müttəfiqi Yunanıstanla da fəal yaxınlaşması müşahidə olunur. İlin ilk üç ayı ərzində Ermənistanın yüksək rütbəli hərbi rəsmilərinin Yunanıstana üç səfəri, bu səfər zamanı Hayastan, Yunanıstan və Kipr Respublikası arasında əməkdaşlıq formatının müzakirəsi Ermənistanın geosiyasi sürüşməsi fonunda Afinada “ikinci dayaq dəstəsi” tapmaq cəhdindən xəbər verir.

Oxşar mənzərəni Niderland və Baltikyanı ölkələrlə münasibətlərdə də müşahidə etmək olar. Martın 14-də Vilnüsdə Litva və Ermənistan müdafiə nazirlikləri arasında 2025-ci il üçün əməkdaşlıq haqqında Memorandum imzalanıb. Təbii ki, bu “himayəçilik paradı”na rəhbərliyi Ermənistana səxavətlə yeni silah partiyaları ötürən Fransa edir.

Digər vektor isə ABŞ-dır. 2025-ci ilin birinci rübündə ABŞ-ın Ermənistandakı hərbi fəallığı xeyli artıb. Hökumətə yaxınlığı ilə tanınan “Azad vətəndaş” vətəndaş təşəbbüslərinə dəstək mərkəzinin rəhbəri, politoloq Ovsep Xurşudyanın müsahibəsi zamanı səsləndirdiyi fikirlər əməkdaşlığın intensivləşməsini sübut edir. Xurşudyan deyib: “Bilirsiniz ki, Ermənistanda ABŞ silahlı birləşmələri var. Onlar öz silahları ilə Almaniyadan məxsusi olaraq Ermənistana gətiriliblər. Təbii ki, onlar birgə təlimlər keçirmək üçün müvəqqəti gəliblər və avqusta qədər Ermənistanda olacaqlar. Amerika qoşunlarının məhdud sayda da olsa, Ermənistanda qalması bir növ təhlükəsizlik yastığıdır. Biz başa düşməliyik ki, onların burada müvəqqəti qalması kifayət deyil”.

Lakin güman etmək olar ki, Vaşinqtonun bütün bu hərəkətləri hələlik Co Bayden administrasiyasının əvvəllər qəbul etdiyi qərarları səbəbindən baş verir. Bəzi nikbinlik var ki, Tramp komandası “erməni işi”ni diqqətlə araşdırdıqdan sonra Ermənistan rəhbərliyi ilə çox güclü hərbi əməkdaşlıqdan imtina edəcək.

Beləliklə, Ermənistanın Qərbə doğru siyasi-müdafiə meyli getdikcə daha çox nəzərə çarpır. Aİ və ABŞ həm hərbi əməkdaşlıq, həm də siyasi yaxınlaşma proqramları vasitəsilə İrəvanı öz təsir dairələrinə cəlb etməyə çalışırlar. Ancaq bu yol hamar olmayacaq. Əvvəla, ona görə ki, İrəvanın Avropaya inteqrasiya istəkləri, xüsusən də Qərblə hərbi əməkdaşlığı Ermənistan–Rusiya münasibətləri ilə ziddiyyət təşkil edir. Moskva bu əməkdaşlığa yalnız müəyyən hissəyədək göz yumacaq. Digər tərəfdən, girişdə qeyd etdiyimiz kimi, Ermənistan təkcə Avrasiya İqtisadi İttifaqının üzvü deyil. Təkcə bu ittifaqdan yaxşı gəlir əldə etmir, həm də Rusiyadan birbaşa iqtisadi asılı ölkədir. Üstəlik, ölkənin ikinci böyük şəhəri Gümrüdəki hərbi bazanın mövcudıuğunu da unutmamalıyıq.

Digər tərəfdən, İrəvanın Aİ ilə inteqrasiya proseslərinin güclənməsi həm də Qərbin Ermənistanda hərbi mövcudluğunun güclənməsi demək olacaq. Lakin bu mövcudluq Ermənistan və Azərbaycan sərhədində yerləşdirilə bilməz. Çünki sülh sazişinin razılaşdırılmış mətnində üçüncü dövlətlərin silahlı qüvvələrinin sərhəddə yerləşdirilməməsinə dair bənd var. Ehtimal etmək olar ki, İrəvan–Bakı münasibətləri kontekstində Qərb hərbçilərinin Ermənistan siyasətinə təsiri sərhəddə birbaşa mövcudluq formasında deyil, əsasən silahlanma, kadrların hazırlanması və məsləhətləşmələr yolu ilə həyata keçiriləcək. Lakin bu da gələcəkdə xoşagəlməz sürprizlərin baş verməsini istisna etmir.

İlyas HÜSEYNOV,
politoloq

– Ermənistan hakimiyyəti özünün xarici siyasətini Qərblə birgə formalaşdırmaq üçün addımlar atır və bütün gücü, resursu buna səfərbər edilib. Ölkənin xarici işlər, eləcə də müdafiə naziri müxtəlif Qərb ölkələrindən olan həmkarları ilə görüşlərdə təhlükəsizlik və müdafiə məsələsinə diqqət ayırırlar. Burada xüsusilə Fransa, Yunanıstan, Niderland, Belçika və ABŞ daha çox nəzərə çarpır.

Prosesdə Avropa İttifaqının da iştirakı bölgə ilə bağlı narahatlıqları və təhdidləri gücləndirir. Çünki Ermənistan ərazisində həm də Avropa İttifaqının mülki adlanan missiyası mövcuddur. Missiya Azərbaycanla sərhəddə mütəmadi olaraq monitorinqlər həyata keçirir, kəşfiyyat məlumatları toplayır. Bu məlumatları Brüsselə və digər geosiyasi mərkəzlərə ötürür. Eyni zamanda, Ermənistan Avropa İttifaqının regionda daha böyük spektrdə iştirakını istəyir.

Bundan əlavə, amerikalı hərbçilərin Ermənistanda olmasına dair faktlar riskləri bir qədər artıran məsələdir. Bu məsələyə daha geniş diqqət ayrılmalıdır. Çünki əvvəlki ABŞ administrasiyası dövründə İrəvanla Vaşinqton arasında çox isti münasibətlər var idi. Belə başa düşmək olar ki, əlaqələr bu münasibətlərin davamı kimi dərinləşdirilir. Amma Donald Tramp tamamilə fərqli siyasət yürüdən və addımlar atan siyasətçidir. Bu, özünü siyasi, iqtisadi, təhlükəsizlik müstəvisində də göstərir. Biz bunu USAID təşkilatı, “Amerikanın səsi”, “Azad Avropa/Azadlıq Radiosu” kimi qlobal media korporasiyasına münasibətdə də görmüşük.

Eyni zamanda, Ermənistanın xarici siyasət və təhlükəsizlik kontekstində manevr etməsi, şaxələndirmə addımları çox təhlükəli nəticələr verə bilər. Çünki Ermənistan iqtisadiyyatı üzərində hələ də Rusiyanın dominantlığı var. Gümrü şəhərində Rusiyanın 102 saylı hərbi bazası mövcuddur. Yəni Rusiyanın əlində Ermənistana təsir etmək üçün kifayət qədər vasitələr var. Ötən dövrlər ərzində bu təsir mexanizmlərindən istifadə olunmayıb. Bəyanatlar səviyyəsindən praktiki səviyyəyə doğru heç bir keçid olmayıb. İndi isə bu proseslər Ermənistan üçün çox ağrılı nəticələrlə yekunlaşa bilər.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see167

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see140

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see127

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see127

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see125

Federal Ehtiyatlar Sisteminin sədri yalan danışıb

22 İyul 2025 08:35see125

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see124

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see122

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see122

Burak Özçivit Kuruluş Osman dan gedir

22 İyul 2025 08:37see122

Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq

22 İyul 2025 10:33see121

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see120

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see119

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see117

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see117

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see117

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see115

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see112

Kilsə “başını kəsin” deyir: Ermənistan baş nazirinin həyatı təhlükə altındadır

22 İyul 2025 10:42see112

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri