Icma.az
close
up
RU
Ermənistan Konstitusiya çərçivəsində Azərbaycan və Türkiyəyə ərazi iddialarından geri çəkilməlidir

Ermənistan Konstitusiya çərçivəsində Azərbaycan və Türkiyəyə ərazi iddialarından geri çəkilməlidir

Icma.az, Bizimyol saytına istinadən bildirir.

2020-ci il 44 günlük müharibədən 5 il keçməsinə baxmayaraq, sülh müqaviləsinin imzalanması ertələnir. Müxtəlif bəhanələr irəli sürülür, Azərbaycanın tələblərinə cavab verilmir. Bunun əksinə, Azərbaycanla sərhəddə “mülki missiya” adı altında üçüncü ölkələrin qüvvələri yerləşdirilir. Ermənistan sanki yeni müharibəyə hazırlanırmış kimi silahlandırılır.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyan və onun komandasının sülh müqaviləsinin imzalanması ilə bağlı və ümumiyyətlə iki ölkə arasındakı münasibətlərin və regiondakı münasibətlərin normallaşması ilə bağlı fikirləri zaman-zaman ziddiyyət təşkil edir, bir-birini təkzib edir: “Konkret olaraq, Ermənistan ona havadarlıq edənlərin, bilavasitə təhriki ilə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır, yanlış məlumatlar ötürülür. Mütəmadi olaraq, guya sülh müqaviləsi razılaşdırılıb, cəmi iki bənd qalıb deyilir. Amma hansı bəndlərdən söhbət gedir, bu arxa plana keçirilir. Ermənistan, eləcə də onun havadarları başa düşürlər ki, Azərbaycan konkret olaraq, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından geri çəkilməyəcəyi təqdirdə, heç bir halda sülh müqaviləsinin imzalanmasına razılıq verməyəcək. Azərbaycanı buna təhrik etmək də mümkün deyil”.

Arzuxan Əlizadə

Arzuxan Əlizadə qeyd edib ki, eyni zamanda, Azərbaycanın haqlı bir sıra tələblər var ki, bunlar həm ədalətə və həm də beynəlxalq hüquqa əsaslanır.

“Birinci Konstitusiya müstəvisində Azərbaycan və Türkiyəyə ərazi iddialarından geri çəkilməlidir. İkinci əsas tələblərdən biri ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyindən qarşılıqlı olaraq hər iki ölkənin imtina etməsi ilə bağlı birgə razılaşma əldə edilməlidir. Sülh müqaviləsi imzalanmamışdan əvvəl, eyni zamanda bir sıra digər paralel tələblər də var ki, bunları öz üzərinə şərt olaraq götürüb. Bunlar kommunikasiya xətlərinin açılması, Zəngəzur kommunikasiya qovşağının açılması, Zəngəzur dəhlizinin açılması və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanla maneəsiz gediş-gəlişin təmin olunması, eləcə də Azərbaycanın hələ də işğal altında olan dörd kəndinin geri qaytarılmasıdır. Həmçinin demarkasiya və delimitasiya prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyindən geri çəkilməsi və bu prosesdə normal adekvat münasibətlərin olmasında öz mövqeyini nümayiş etdirməlidir.

Eyni zamanda Azərbaycanın digər əsas tələblərindən biri də ondan ibarətdir ki, zamanında bu gün Zəngəzur dəhlizi adlandırdığımız Zəngəzur mahalını, eləcə də Göyçə, Dərələyəz və Azərbaycanın digər tarixi torpaqlarından son bir əsr ərzində qovulmuş bir milyondan artıq bizim qardaş-bacılarımızın, ən azından 88-ci ildən sonra qovulmuş, deportasiya olunmuş və sürgünə məruz qalmış soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtmaq haqqının tanınması məsələsidir”-deyə deputat bildirib.

Arzuxan Əlizadə qeyd edib ki, bu istiqamətdə də Azərbaycan beynəlxalq müstəvidə də ciddi addımlar atmaqdadır və bu tələblər yerinə yetiriləcəyi təqdirdə iki ölkə arasında münasibətlər normallaşa bilər. Deputatın fikrincə, bu, bütövlükdə regionda sülhə və sabitliyə, dayanıqlı sülhün bərqərar olmasına gətirib çıxara bilər, ilk növbədə elə Ermənistanın özünə daha çox fayda gətirər.

“Münasibətlərin normallaşması Ermənistan iqtisadiyyatına, Ermənistanın bir dövlət olaraq, varlığına qədər fayda verə bilər. Əks halda, Azərbaycanla, necə ki, 30 il ərzində danışıqlar masasında bu prosesə razılıq vermədi və nəticə etibarilə daha çoxunu itirdi. Demək olar, indiki dönəmdə əgər Ermənistan Azərbaycanın haqlı tələblərinə adekvat münasibət bildirməyəcəksə və üzərinə götürdüyü öhdəlikləri ən azından yerinə yetirməyəcəksə, bizim dəmir yumruğumuz da yerindədir”-deyən deputat əlavə edib ki, Azərbaycanın bölgənin əsas söz və güc sahibi olaraq, bölgədə sülhə və sabitliyə əsas qarant ölkə olaraq, lazım olanı edəcək addımlar da atılması gözləniləndir.

Arzuxan Əlizadə vurğulayıb ki, konkret olaraq, biz bu tələblərin yerinə yetirilməsi istiqamətində öz fəaliyyətimizi heç bir halda dayandırmayacaq və üçüncü qüvvələrin regiona soxularaq, nəyəsə nail olmasına da heç bir halda imkan verilməyəcək.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Aprel 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri