Ermənistan Konstitusiyasını dəyişdirir Yeni layihə 10 aya hazır olacaq
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Ermənistan yeni Konstitusiya layihəsi üzərində işləyir və bu layihə 10 ay ərzində hazır olacaq.
Bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qaloyan parlamentdə keçirdiyi brifinqdə açıqlama verib.
Qaloyan Konstitusiyanın yeni mətnində müstəqillik bəyannaməsinin xaric edilib-edilməməsi məsələsinin hələ müzakirə olunduğunu söyləyib. "Biz müxtəlif variantları müzakirə edirik, amma mətn hələ də hazırlanır. Konsepsiya eynidir, bu konsepsiya çərçivəsində müxtəlif normalar üzrə müzakirələr aparılır," – deyə nazir əlavə edib.
Nazir həmçinin bu məsələnin referendumda müzakirəyə çıxarılma vaxtı ilə bağlı hələlik dəqiq bir məlumatın olmadığını bildirib.
"Mətn hazır olduqdan sonra, şübhəsiz ki, konseptual mövqeləri ictimaiyyətə təqdim edəcəyik və bu barədə geniş müzakirələr aparacağıq," – deyə Qaloyan vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 07 May 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















