Icma.az
close
up
RU
Ermənistan KTMT yə üzvlük haqqını ödəməkdən imtina edir

Ermənistan KTMT yə üzvlük haqqını ödəməkdən imtina edir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə KTMT-nin maliyyələşdirilməsini nəzərdə tutan sənədi imzalamayacağı barədə xəbərdarlıq edib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb: “Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamadığı və müvafiq olaraq təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyi barədə rəsmi məlumat verib”.

Yada salaq ki, bu mövzu dəfələrlə həm baş nazir, həm də digər səviyyələrdə gündəmə gətirilib. Məsələn, ötən ilin fevralında Ermənistan KTMT-də üzvlüyünü dondurub, ardınca üzvlük haqqını ödəməkdən imtina edib, bir çox iclasında iştirak etməyib. Bu barədə baş nazir Nikol Paşinyan deyib ki, ölkəsi özünü KTMT-nin üzvü saymadığı üçün həmin təşkilat daxilindəki qərar və sənədlərin qəbulu prosesində iştirak etmir: “Biz KTMT daxilindəki müzakirələrdə, eləcə də nə sənəd və qərarların qəbulunda iştirak edirik, nə də veto hüququmuzdan yararlanırıq. Çünki özümüzü bu təşkilatdan kənarda hesab edirik. Qoy, istədikləri qərarı qəbul etsinlər”.

Paşinyana görə, KTMT Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirməyib, İkinci Qarabağ müharibəsində ölkəsinə dəstək verməyib. Həmçinin qeyd edib ki, Ermənistana qarşı “müharibənin hazırlanmasında iştirak edən ən azı iki KTMT ölkəsini” tanıyır. Paşinyan həmin ölkələrin adlarını çəkməsə də, son dövrlərdə onun Belarus Prezidenti Aleksandr Lukaşenko ilə münasibətlərinin kəskinləşməsi müşahidə olunur. Hayastanın baş naziri bildirib ki, Bakını dəstəklədiyinə görə İrəvan Minskdən “inciyib”.

2025-ci ilin martında isə Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan etmişdi ki, ölkə hakimiyyəti təşkilatla bağlı mövqelərinə yenidən baxmaq niyyətində deyil.

Bu arada, Moskva rəsmiləri dəfələrlə İrəvanın KTMT və Rusiyadan yardım görmədikləri ilə bağlı açıqlamaları təkzib edib. Əksinə, Ermənistanın hərbi, texniki və təşkilati baxımdan davamlı şəkildə böyük dəstək aldığı vurğulanıb. Rusiyalı politoloq Boqdan Bezpalko bildirib ki, Ermənistan rəhbərliyinin bəyanatlarını qeyri-dost addım kimi qiymətləndirmək olar: “Faktiki olaraq təşkilata üzvlüyün dayandırılması kimi prosedur yoxdur, lakin Ermənistanın KTMT-də keçirilən bir sıra tədbirlərdə iştirakını dayandırdığı göz qabağındadır. Əslində, Ermənistanın KTMT-dən başqa arxalanacağı heç bir qurum yoxdur. Ermənistanın silahlı qüvvələri və güc strukturları həm Rusiya, həm də KTMT üzvlərindən böyük təşkilati və texniki dəstək alıblar”.

Doğrudan da, Hayastanın KTMT-dən çıxıb başqa hərbi bloka qoşulması mümkün deyil. Bu səbəbdən də bu hay-küylərə baxmayaraq, Ermənistan KTMT-yə üzvlüyünü davam etdirəcək. Görünür, bu ölkə Rusiyadan daha çox güzəşt qoparmaq istəyir və bu səbəbdən də hay-küy yaradır. Politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya ilə Ermənistan arasında hərbi və hərbi-texniki əməkdaşlıq var: “Bu əməkdaşlıq “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım” müqaviləsi əsasında inkişaf edir. Həmin sənədə əsasən, Moskva və İrəvan, tərəflərdən birinə hərbi təhlükə yaranarsa, bir-birinə yardım göstərməyi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi öhdələrinə götürüblər. Bundan başqa, hərbi əməkdaşlıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində də həyata keçirilir. Ermənistanla Rusiya arasında 1995-ci ildə bağlanmış dövlətlərarası müqaviləyə əsasən, 102-ci Rusiya hərbi bazası Ermənistanın Gümrü şəhərində yerləşdirilib. Bazanın təxminən 5 min nəfərdən ibarət şəxsi heyəti MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbəsindədir”.

Beləliklə, Ermənistan təhlükəsizlik baxımından KTMT-dən asılı vəziyyətdədir. Bu təşkilatın büdcənin yarısını Rusiya, qalan 50 faizini isə digər 5 iştirakçı ölkənin (Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan) hər biri 10 faizini verir. Bu da o deməkdir ki, dövlət üzv olduğu quruma üzvlük haqqı ödəmirsə, oradan dərhal çıxmalıdır. Ermənistan isə buna getmir. Ona görə ki, Rusiyadan çəkinir. Gözləyir ki, onu KTMT üzvləri özləri xaric etsinlər. Amma qurumun üzvləri onu üzvlükdən çıxarmaq istəmirlər. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bu barədə bildirib ki, əgər Ermənistan 2025-ci ilin sonunadək KTMT büdcəsinə öz üzvlük haqqını ödəməsə, o zaman assosiasiyaya üzv ölkələr “müxtəlif ssenarilər nəzərdən keçirə bilərlər”, lakin onların dövləti təşkilatdan “qovmaq” və ya “avtomatik olaraq” çıxarmaq ehtimalı azdır.

Bununla paralel olaraq, Ermənistan Avropa İttifaqına (Aİ) yaxınlaşmaq istiqamətində addımlar da atır. Ötən həftə Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib. Qanun layihəsinin qəbulunun lehinə 64 deputat, əleyhinə isə 7 deputat səs verib. Müxalif “Hayastan” fraksiyası səsvermədə iştirak etməyib, “Mənim şərəfim var” fraksiyası əleyhinə səs verib. Müxalifətin mane olmaq cəhdlərinə baxmayaraq sənəd qəbul edilib.

Onu da qeyd edək ki, bu, Ermənistan qanunvericiliyinə uyğun olaraq yekun qərardır. Amma onun yaxın zamanda Aİ-nin tamhüquqlu üzvünə çevriləcəyini deməyə əsas vermir. Əslində, üzvlük Hayastanın maraqlarına da xidmət etmir. Onun üçün Avrasiya İqtisadi İttifaqınana (Aİİ) üzvlüyü daha səmərəlidir. Hazırda Ermənistan Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya ilə birlikdə Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvüdür. Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Ermənistanın Aİİ-yə üzv ölkələrlə xarici ticarət dövriyyəsi 54 faiz artaraq 12 milyard 706 min dollar təşkil edib.

Hesabat dövründə Ermənistanın Avropa İttifaqı ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi cəmi 2 milyard 335 milyon dollar olub. Bu rəqəmlərdən görünür ki, Hayastanın xarici ticarət dövriyyəsində Aİİ daha çox paya sahibdir. Ümumi statistik rəqəmlər həm də onu göstərir ki, Qərb ölkələrinin Ermənistanın xarici ticarətində Aİİ-ni əvəz etməsi qeyri-mümkündür.

Proseslərn bu istiqamətdə, yəni Ermənistanın KTMT-dən uzaqlaşmaq və Aİ-yə üzvlük isə Nikol Paşinyan hakimiyyətinə qarşı ciddi təzyiqlərə səbəb ola, hətta siyasi böhrana gətirib çıxara bilər. Beləliklə, Ermənistanın, eyni zamanda, Avrasiya İqtisadi İttifaqına (Aİİ) və Aİ-yə üzv olması mümkün deyil. Emənistan hakimiyyətinin atdığı addımlar isə Paşinyan iqtidarını sarsıda bilər.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see293

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see233

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see134

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see126

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri