Icma.az
close
up
RU
Ermənistan müdafiə problemi BAXIŞ BUCAĞI

Ermənistan müdafiə problemi BAXIŞ BUCAĞI

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İrəvan ordu üçün pul tapa bilmir

İlin sonu yaxınlaşdıqca Ermənistan hakimiyyətinin narahatlığı daha çox özünü göstərir. Parlamentin payız sessiyasında 2026-cı ilin büdcəsi müzakirəyə çıxarılacaq. Artıq məlum olub ki, Ermənistan hakimiyyəti gələn ildə müdafiə xərclərini azaltmağı planlaşdırır. Həmçinin, respublikada bəzi siyasi qüvvələrin Ermənistandan çıxarılmasını təklif etdiyi Gümrüdəki 102-ci Rusiya hərbi bazasının taleyi ilə bağlı söhbətlər intensivləşib. İrəvan hesab edir ki, Azərbaycanla sülh müqaviləsinin paraflanması ölkənin təhlükəsizliyi üçün riskləri azaldır. Bu ölkənin baş naziri Nikol Paşinyanın sözlərinə görə, onun hökuməti gələn il hərbi büdcəni artırmaq niyyətində deyil. "Ola bilsin ki, 2026-cı ilin büdcəsində xərclərin əhəmiyyətli dərəcədə artması və ya ümumiyyətlə, müdafiə xərclərinin artması müşahidə edilməyəcək. Məncə, bu, məntiqlidir, ən azından hazırda bizim qiymətləndirməmiz belədir", - Paşinyan bildirib. Eyni zamanda o vurğulayıb ki, İrəvan Azərbaycanla sərhəddə vəziyyəti təhlil etməkdə davam edir.

Eyni zamanda, Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan daha əvvəl bildirmişdi ki, gələn ilin büdcəsi müdafiə xərclərinin azaldılmasına əsaslanır. Düzdür, onun sözlərindən tam olaraq nəyin müzakirə olunduğu anlaşılan deyildi: mütləq məbləğlərin azaldılması, yoxsa yalnız maliyyələşmənin hazırkı səviyyəsini saxlamaqla büdcə strukturunda payın azaldılması. 2025-ci ildə Ermənistan ÜDM-in 6,1%-ni (1,7 milyard dollardan çox) müdafiəyə xərcləmək qərarına gəlib. Bu, 2024-cü illə müqayisədə 20%, 2020-2021-ci illərlə müqayisədə isə iki dəfədən çoxdur. Eyni zamanda hökumət ordunun yenidən silahlandığını elan edib. İrəvan hava hücumundan müdafiə sistemləri, artilleriya, pilotsuz uçuş aparatları (PUA), rabitə vasitələri və şəxsi avadanlıq almağı planlaşdırır.

Bununla paralel olaraq Ermənistan yadına Rusiyanın Gümrüdəki hərbi bazası düşüb. Bu şəhərdə birdən-birə iki mitinq keçirilib: biri rus qoşunlarının respublikada olmasına dəstək, digəri isə əleyhinə. Rəqiblər 2021-ci ildə keçirilən parlament seçkilərində 1,5% səs toplayan Avropayönlü “Respublika Naminə” partiyasının üzvləri olub. Onlar Ukraynanı dəstəkləyən şüarlar səsləndiriblər. Hərbi bazanın saxlanmasının tərəfdarları Rusiya ilə əməkdaşlığın tərəfdarı olan və Türkiyə ilə münasibətlərin qurulmasının əleyhinə olan Ana Ermənistan hərəkatının üzvləri idi. Lakin şahidlərin sözlərinə görə, hər iki aksiyada ümumilikdə 300 nəfər belə toplaşmayıb.

Maraqlıdır ki, İrəvanın pasifist bəyanatları fonunda Azərbaycan Prezidenti İlham Əliyev əksinə, Bakının hər zaman müharibəyə hazır olması lazım olduğunu vurğulayır. "Biz hər an müharibəyə hazır olmalıyıq, çünki dünyada proseslərin gedişatı elədir ki, sabah nə olacağını proqnozlaşdırmaq mümkün deyil. Biz öz təhlükəsizliyimizin qarantıyıq", - İlham Əliyev əmin olduğunu bildirib. Onun sözlərinə görə, 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan xüsusi təyinatlı qüvvələrini “minlərlə döyüşçü” ilə artırıb. Müasir PUA-lar və yeni artilleriya sistemləri də ölkəyə gətirilib, yeni döyüş təyyarələrinin alınması üçün müqavilələr imzalanıb, mövcud təyyarələr tamamilə modernləşdirilib.

Ermənistanın Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzinin rəhbəri Hayk Xalatyan hesab edir ki, Ermənistan hökumətinin mövqeyi və İlham Əliyevin sözləri onların Vaşinqtonda Bakı ilə İrəvan arasında sülh sazişinin paraflanmasına fərqli münasibətini təsdiqləyir. "Ermənistan hakimiyyəti öz həmvətənlərini inandırmağa çalışır ki, sazişin paraflanması müharibə riskini minimuma endirib, beləliklə, onlar hərbi xərclərə qənaət etməyə başlaya bilərlər. Bakı, əksinə, danışıqlar prosesində hər zaman güc təzyiqi ehtimalının mövcud olmalıdır", - Xalatyan deyib.

Bu arada, iqtisadi vəziyyət baxımından müdafiə xərclərinin azaldılmasına haqq qazandırmaq olar. Xüsusilə Ermənistana iqtisadi böhran yaxınlaşır. Dövlət borcu ÜDM-in 50%-ni ötüb, büdcə kəsiri 5%-dir. “Fitch” beynəlxalq reytinq agentliyi qeyd edir ki, büdcənin gəlir bazasını artırmadan xərclərin artımını saxlamaq ölkənin maliyyə sabitliyinin zəifləməsinə gətirib çıxaracaq. Eyni zamanda, İrəvan sosial proqramların saxlanmasına və infrastruktur layihələrinin inkişafına sərmayə qoymağı düşünür. Paşinyan hökumətinin başlatdığı bütün müdafiə islahatları isə hələ başlanğıc mərhələsindədir. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra İrəvan belə qənaətə gəlib ki, daha çox silah almağa, ordunun komandanlıq strukturunu dəyişməyə, qoşunların hazırlanması üsullarını dəyişməyə ehtiyac var. Müdafiə xərcləri kəsilərsə, islahatlar ümumiyyətlə tamamlanmaya bilər.

Ermənistanda bəzi qrupların hələ də eyforiyada olduqları, ölkələrini hələ də dünyada güclülər sırasında gördükləri ortadadır. Hələ də anlamaq istəmirlər ki, müharibədən əvvəlki, hətta Azərbaycanın keçirdiyi 23 saatlıq antiterror tədbirlərinə qədər erməni dövləti xarici havadarlarının hesabına mövcud olub. Onların ianələri hesabına yaşayıblar, onlara pulsuz verilən bir neçə milyard dollarlıq silah-sursatla Azərbaycan torpaqlarında işğalçılıq siyasətlərini yürüdə biliblər. Bu gün isə zaman dəyişib, havayı yeyənlər olsa da, milyardlarını havaya sovuranlar, demək olar ki, qalmayıb. Ermənistandakılar vəziyyətin bu hala gələcəyini, sadəcə, hesablaya bilməmişdilər.

V.VƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Avqust 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri