NATO Ermənistan təlimləri: Zaxarova xəbərdarlıq etdi
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
NATO Ermənistan hərbçilərinə Rusiyaya qarşı döyüşməyi öyrədəcək.
Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya mediasının xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın ölkə ərazisində keçirilən "Qartal tərəfdaş-2026" beynəlxalq hərbi təlimlərində iştirakına münasibət bildirərkən deyib.
O, bildirib ki, NATO ilə manevrlər təəssüf doğurur, çünki məqsəd aydındır - Ermənistanı Rusiyanın simasında ənənəvi müttəfiqdən uzaqlaşdırmaq.
Zaxarovanın sözlərinə görə, bu cür təlimlər artıq birinci il deyil ki, keçirilir və sistemli xarakter alıb.
O, təlim zamanı məhz Rusiyanın ehtimal olunan düşmən kimi qəbul edildiyini və bunun NATO-nun doktrinal sənədlərində təsbit olunduğunu vurğulayıb.
"Erməni hərbçilərə Rusiyaya qarşı döyüşməyi öyrədəcəklər. Bir vaxtlar bunu təsəvvür etmək belə mümkün deyildi", - rusiyalı diplomat əlavə edib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 18 İyun 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















