Ermənistan parlamenti TRIPP ilə bağlı toplanacaq
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Ermənistan parlamenti TRIPP ("Tramp marşrutu") layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, müvafiq qərar hökumətin iclasında təsdiqlənib.
Növbədənkənar iclasın gündəliyinə beynəlxalq sazişlər əsasında təsis edilən və Ermənistan hökumətinin 25 % və daha çox iştirak payına malik olduğu şirkətlərin hüquqi münasibətlərini tənzimləyəcək "Səhmdar cəmiyyətləri haqqında" qanuna dəyişikliklər layihəsi daxil edilib.
Bu, sözügedən marşrutun tikintisi və idarə olunması üçün yaradılmış "TRIPP Development Company"nin işini tənzimləməyə kömək etməklə yanaşı, həm də beynəlxalq formatda yaradıla biləcək digər şirkətlər üçün də nəzərdə tutulub.
İclasın tarixi dəqiqləşdirilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 05 Noyabr 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















