Icma.az
close
up
RU
Ermənistan parlamentində Köçəryanın əsl atasından danışıldı: azərbaycanlı olub! Qalmaqal VİDEO FOTO

Ermənistan parlamentində Köçəryanın əsl atasından danışıldı: azərbaycanlı olub! Qalmaqal VİDEO FOTO

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi mayın 14-də Ermənistan parlamentində əlbəyaxa dava düşüb. Belə ki, eks-prezident Robert Köçəryanın deputat oğlu Levon Köçəryanın baş nazir Nikol Paşinyan haqda aşağılayıcı ifadələr işlətməsi vitse-spiker Akop Arşakyanı hiddətləndirb.

“Ara Levon, otur yerinə və sənə deyilənlərə qulaq as!”, – deyə Arşakyan onun üstünə qışqırıb.

Hakim partiyanı təmsil edən vitse-spiker Akop Arşakyanın ürəyi soyumayıb və o, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın əsl atası haqqında danışıb.

“Camaat Robert Köçəryanın atasının azərbaycanlı olduğunu deyir, lakin biz bunu parlamentin  tribunasından səsləndirmirik”, – deyə Arşakyan çoxdan yayılan iddianı təkrarlayıb.

Arşakyanın atmacasına dözümsüzlük göstərən Levon Köçəryan ayağa qalxaraq vitse-spikeri söyüb və ona “it balası!” deyib.

Daha sonra iqtidar və müxalifət deputatları zalda itələşib, bir-birlərini söyüb təhqir ediblər.

Gununsesi.info-nun məlumatına görə, Modern.az xəbər verir ki, Levon Köçəryanının da mənsub olduğu müxalif “Hayastan” blokunun deputatları eks-prezidentin əsl atasının azərbaycanlı olması barədə iddianın parlamentdə səsləndirilməsini “Köçəryan ailəsinin təhqir olunması” kimi qiymətləndirib.

Müxalifətə yaxın olan “Hraparak” qəzeti yazır ki, oxşar iddialar əvvəllər, xüsusən də 2021-ci il növbədənkənar parlament seçkiləri ərəfəsində də gündəmə gətirilmişdi. Qəzet qeyd edir ki, o zaman bu, “Hayastan” blokunu gözdən salmaq və Robert Köçəryana inamı sarsıtmaq məqsədi daşıyan siyasi təbliğatın tərkib hissəsinə çevrilmişdi.

“Bu söz-söhbətlər rəsmən təkzib edilsə də, dezinformasiyanın dadı qalmaqdadır. Əslində parlamentin iqtidardan olan deputatları ictimai rəyi manipulyasiya etmək üçün bu yalanı təkrarlamaq qərarına gəliblər. Rəsmi bioqrafiyaya görə, Robert Köçəryanın həm atası, həm də anası Qarabağda doğulmuş ermənilərdir”, – “Hraparak” yazıb.

Qəzet Robertin atası Sedrak Köçəryanın qısa tərcümeyi-halını xatırladıb. Qeyd edilib ki, Sedrak Köçəryan 1910-cu ildə keçmiş Dağlıq Qarabağın Astxaşen kəndində (Xocalı rayonunun Daşbulaq kəndi-red.) anadan olub:


“O, Dağıstan Kənd Təsərrüfatı İnstitutunu bitirib, sonra Qarabağa qayıdıb, bir sıra məsul vəzifələrdə çalışıb. Sedrak Köçəryan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin kənd təsərrüfatı idarəsinin rəisi vəzifəsində işləyib. O, vilayət soveti icraiyyə komitəsi sədrinin birinci müavini, həm də raykomun büro üzvü olub.
Sedrak Köçəryan kənd təsərrüfatı elmləri namizədi olub, elmi tədqiqat işi ilə məşğul olub. O, həmçinin Dağlıq Qarabağın kənd təsərrüfatı problemlərinə dair 20-dən çox elmi əsərin müəllifidir. 1977-ci ildə vəfat edib”, – qəzet yazıb.

Eyni zamanda Robert Köçəryanın anası haqqında da qısa bilgi verilib. Bildirilib ki, onun anası Emma Ohanyan əslən Qarabağın keçmiş Hadrut rayonundandır. Əvvəl Leninakanda, sonra Xankəndidə elmi işçi işləyib, 2015-ci ildə ölüb.

“Hraparak” Köçəryanla bağlı məqalədə qeyd edib ki, siyasi xadimlərin tərcümeyi-hallarını təhrif etmək cəhdləri siyasi mədəniyyətin yolverilməz və təhlükəli təzahürləridir.

Qeyd edək ki, Robert Köçəryanın əsl atasının azərbaycanlı olması ilə bağlı iddialar lap çoxdan yayılıb. Bu haqda əvvəllər həm Ermənistan, həm də Rusiya KİV-lərində, eləcə də sosial şəbəkələrin Azərbaycan seqmentində müxtəlif informasiyalar ictimailəşdirlib.

Azərbaycanlı jurnalist Qalib Arifin 2021-ci ilin iyununda Modern.az-dakı yazısında aşağıdakılar qeyd edilib:

“Robert Koçaryanın anası erməni olsa da, əsl atası azərbaycanlıdır. Yeri gəlmişkən, bəzi erməni saytları bunu çoxdan yazır. Bu əhvalatı köhnə Daşkəsən əhli hamısı bilir, mən də onların dilindən danışıram…

Deməli, Robert 1954-cü ildə avqustun 21-də Azərbaycanın Daşkəsən şəhərində doğulub. Anası Emma Ohanyan Daşkəsənin keçmiş Şarukan kəndindəndir. Kənd şəhərin aşağı tərəfindədir, yolun kənarında yerləşir. Kəndin ibtidai sinif müəlliməsi Emma həddindən artıq gözəl qız olub. Bunu Daşkəsənin Maarif şöbəsinin müdiri (milliyətcə azərbaycanlı, əslən gəncəlidir, adını çəkmək istəmirəm) hamıdan əvvəl görüb, gənc və gözəl müəlliməni 1952-ci idə ildə Daşkəsən şəhər məktəblərindən birinə dəvət edib. Bəli, bizim azərbaycanlılar belədirlər, gözəlliyin kənddə solmasını istəmirlər. Həm də o vaxtlar dəb idi, hər pullu azərbaycanlı kişinin ikinci erməni arvadı olmalı idi…

Qərəz, Emma Ohanyan Daşkəsən şəhər məktəbində müəllimə işləyir, şəxsən onun üçün bina evində kirayə edilmiş mənzildə yaşayır. Maarif müdiri təbii ki, gənc müəllimənin taleyinə biganə qala bilmir, tez-tez ona baş çəkir. Beləliklə, gələcək Ermənistan prezidenti Robertin təməli qoyulur. Amma “Müqəddəs ruh”, “müqəddəs Məryəm” nağılları keçmişdə qalmışdı və həmin dövrdə bu məsələlərə artıq Rayon Partiya Komitəsi baxırdı. Maarif müdiri “müqəddəs Məryəm”ə təcili bir ər tapır və bu, Maarif şöbəsinin çolaq sürücüsü Sedrak Koçaryan olur. Gələcək Ermənistan prezidenti bu erməninin soyadını daşıyır…

Amma daşın, divarın da qulağı var, deyirlər. Məsələ Rayon Partiya Komitəsinə çatır. Rayonun 2-ci katibi (milliyətcə azərbaycanlı, əslən ermənistanlıdır, adını çəkmək istəmirəm) əvvəl gənc müəllimə Emma Ohanyanı yanına çağırtdırır. Gözəl müəllimə yaşlı katibi də başdan çıxarır. Yaşlı katib gənc müəlliməni “anormal həyat tərzi” keçirməkdə ittiham edir, işdən qovmaqla hədələyir. Gənc müəllimə ağlayır, hər şeyi danışır, katibin diqtəsi ilə bir ərizə də yazır. Aydın olur ki, Maarif müdiri kommunistə yaraşmayan addım atıb, gənc müəlliməni yoldan çıxarıb…

Səhərisi gün maarif müdiri Rayon Partiya Komitəsinə dəvət olunur və məsələdən agah olur. Onun öz ərizəsi ilə işdən çıxmaqdan başqa çarəsi qalmır. Sakitcə Gəncəyə, öz ailəsinin və iki oğlunun yanına qayıdır. Deyirlər həmin qardaşlar indi də sağdır və bir şəklin iki surəti kimi Robertə oxşayır.

Emma Ohanyanın həyatında isə yeni bir “katib dövrü” başlayır. Hətta əri Sedrakın da vəzifəsi böyüyür, qaraj müdiri təyin olunur. Emmanın “katib dövrü” 80-lərin axırlarına, erməni – azərbaycanlı qarşıdurması başlanana qədər davam edir. 88 – 89-cu illərdə Emmanın ailəsi katibin əli və köməyi ilə Daşkəsəni tərk edir, Qarabağa, Xankəndinə gedir. Burda Robert Koçaryanın yeni həyat dastanı yazılır…”.

P.S. İddialara görə, jurnalist Qalib Arifin bəhs etdiyi Maarif müdiri Məmməd Məcidov (Robert Köçəryanın əsl atası), Daşkəsən Rayon Partiya Komitəsinin 2-ci katibi isə Əli Süleymanov olub. Onlar Robertin anası Emma Ohanyanın həyatına daxil olan ilk kişilər hesab olunur. Robert Köçəryanın sənədlərdə adı keçən “atası” Sedrak Köçəryan isə Emma Ohanyana onlardan sonra qovuşub.

P.P.S. Bəlkə də azərbaycanlılara qarşı nifrətlə dolub-daşan, Xocalı soyqırımı kimi vəhşiliyin təşkilatçılarından olan Robert Köçəryanın travması anası ilə bağlı hadisələrdən qaynaqlanır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 May 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri