Icma.az
close
up
RU
Ermənistan parlamentində Paşinyana etimadsızlıq məsələsi qaldırıldı

Ermənistan parlamentində Paşinyana etimadsızlıq məsələsi qaldırıldı

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyası “Baş nazirə etimad göstərməmək haqqında” bəyanat layihəsini təqdim edib.

Modern.az xəbər verir ki, layihə parlamentə təqdim olunub.

Bəyanatda qeyd olunur ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət nəinki öz vəzifələrini yerinə yetirə bilib, həm də dövlətin qarşısında duran çağırışlara effektiv cavab verə bilməyib.
“Hazırkı liderlərin fəaliyyəti dövlət idarəçiliyinin bütün səviyyələrində sistemli böhrana səbəb oldu. Bu siyasət Ermənistan üçün ciddi problemlər yaradıb, ölkənin gələcəyini təhlükə altına qoydu”.

Bəyanatda milli təhlükəsizlik sisteminin sarsıdıldığı vurğulanıb,
Eyni zamanda, Paşinyanın Qarabağ məsələsində uğursuzluğa düçar olması pislənilib:

“Hökumət nəinki erməni soyqırımının beynəlxalq aləmdə tanınmasını prioritet hesab etmir, əksinə onun beynəlxalq səviyyədə tanınması prosesindən tamamilə imtina edib. Mövcud hakimiyyətin yürütdüyü xarici siyasət nəticəsində Ermənistanın beynəlxalq nüfuzuna ciddi ziyan dəyib”.
Bəyanatda o da bildirlib ki, Ermənistan danışıqlar prosesində bir vaxtlar güclü mövqeyini itirib və beynəlxalq aktorlar Ermənistanın maraqlarını ikinci dərəcəli kimi qəbul etməyə başlayıblar. Ermənistanın hazırkı hakimiyyətinin siyasəti nəticəsində ənənəvi strateji müttəfiqlər və tərəfdaşlarla münasibətlər pisləşib.
“Biz bəyan edirik ki, Nikol Paşinyan ölkəni idarə etmək legitimliyini dönməz şəkildə itirib və onun hakimiyyətdə qalması Ermənistan üçün ekzistensial təhlükə yaradır.

Hazırda ölkədə fövqəladə vəziyyətdən yeganə konstitusion çıxış yolu parlamentin Baş nazirə etimadsızlıq bildirməsi prosesidir ki, bu da aşağıdakı addımlar ardıcıllığını nəzərdə tutur:

deputatların baş nazirə etimadsızlıq ifadəsi ideyası ətrafında cəmləşməsi;
prioritetləri sabit olmalı olan keçid Milli Birlik Hökumətinin formalaşdırılması”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Sentyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri