Icma.az
close
up
RU
ERMƏNİSTAN QƏRB RUSİYA MƏNGƏNƏSİ ALTINDA Kaya Kallasın səfəri və Lavrovun hədəsi açıq qarşıdurmadan xəbər verir

ERMƏNİSTAN QƏRB RUSİYA MƏNGƏNƏSİ ALTINDA Kaya Kallasın səfəri və Lavrovun hədəsi açıq qarşıdurmadan xəbər verir

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə yeni ali nümayəndəsi Kaya Kallasın Ermənistana səfəri bu ölkənin növbəti dəfə Qərb-Rusiya qarşıdurmasının episentrinə çevrilməsinə şərait yaratdı. Kallas İrəvanda Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında deyib ki, “Avropa İttifaqı və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıb” və Aİ bu tərəfdaşlığı dərinləşdirməyə hazırdır.

Ararat Mirzoyan da bu fikirləri tam şəkildə dəstəkləyərək bildirib ki, Ermənistan artıq Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa başlayıb. Bu, Ermənistanın uzun illərdir tabe olduğu Rusiya hərbi və təhlükəsizlik çətirindən çıxmağa cəhd etdiyini göstərir.

Kallas səfər zamanı Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsinə də toxunub. O, iki ölkə arasında ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülhün əldə edilməsini dəstəklədiklərini bildirib. Eyni fikri Ararat Mirzoyan da təkrarlayaraq, İrəvanın Bakı ilə sülh sazişi imzalamağa hazır olduğunu açıqlayıb.

Ermənistanın Qərblə yaxınlaşmaq cəhdləri, xüsusilə hərbi-siyasi sahədə Aİ ilə əməkdaşlığa başlaması Rusiyada ciddi narahatlıqla qarşılanır. Kaya Kallasın İrəvanda olduğu günlərdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclası sonrası verdiyi açıqlamada Ermənistanın təşkilatdan uzaqlaşmasını sərt şəkildə tənqid edib.

Lavrov dedi ki, Ermənistan KTMT-nin hələ də tamhüquqlu üzvüdür, lakin bu status nizamnamə sənədlərində nəzərdə tutulmuş öhdəliklərin tam yerinə yetirilməsini tələb edir. Nazir eyni zamanda qeyd edib ki, Ermənistan artıq üzvlük haqqını belə ödəməkdən imtina edib.

Moskvanı qıcıqlandıran əsas məqamlardan biri isə Ararat Mirzoyanın KTMT Xarici İşlər Nazirləri Şurasının iclasına növbəti dəfə qatılmaması oldu. Lavrov bunu xüsusi vurğulayaraq Ermənistanın təşkilata münasibətinin sual altında olduğunu və bu münasibətin üzv dövlətlərin rəhbərləri tərəfindən nəzərə alınacağını bildirdi.

Onun fikrincə, Ermənistan hakimiyyəti “çoxvektorlu siyasət” yürüdür və bu siyasətin sonu erməni xalqı üçün xeyirli olmayacaq. Lavrovun “Əgər Ermənistan öz müttəfiqlərindən və qonşularından üz döndərərsə, bu, erməni xalqının xeyrinə olmayacaq” ifadəsi gizli hədənin açıq forması kimi qiymətləndirilir…


Lavrovun açıqlamalarına Ararat Mirzoyan dərhal cavab verərək bəyan etdi ki, rusiyalı nazirin səsləndirdiyi fikirlər “natamam və yanlış”dır. Onun sözlərinə görə, Lavrovun nəzərdə tutduğu məsələ, yəni, Ermənistandakı bəzi kilsə nümayəndələrinin siyasi proseslərdə iştirakı – dövlət çevrilişinə cəhd üzrə hüquqi araşdırmalarla bağlıdır və bu, Ermənistanın daxili işidir:“Cənab Lavrovun Ermənistanın daxili işlərinə və daxili siyasətinə qarışmaması daha yaxşı olar”.

Bu, son illərdə müşahidə olunan ən sərt Ermənistan-Rusiya diplomatik toqquşmalarından biri kimi qiymətləndirilir.

Siyasi müşahidəçilər Kaya Kallasın səfərini və bu səfər zamanı verilən mesajları Ermənistanın strateji istiqamət dəyişimi kimi qiymətləndirirlər. Qərb yönlü erməni politoloq Qarnik Asatryan bildirib:“Aİ ilə təhlükəsizlik və müdafiə sahəsindəəməkdaşlıq Ermənistanın suverenliyini möhkəmləndirir. Rusiya isə bu prosesi öz nüfuzuna təhdid kimi görür”.

Rusiyalı analitik Fyodor Lukyanov isə Ermənistanın Qərbə yönəlməsini “Rusiya üçün itki” kimi dəyərləndirərək belə yazıb:“KTMT-nin və Avrasiya məkanının sərhədlərində yeni geosiyasi boşluq yaranır. Ermənistanın bu boşluğu Qərblə doldurmaq cəhdi Moskvanın maraqları ilə ziddiyyət təşkil edir”.

Bütün bu proseslər fonunda Ermənistanın qarşısında açıq geopolitik seçim dayanır: ya Rusiya və KTMT çərçivəsində əvvəlki orbitdə qalmaq, ya da Aİ ilə inteqrasiyanı dərinləşdirərək yeni strateji kurs müəyyənləşdirmək.

Ermənistan rəhbərliyi hələlik bu seçimi rəsmi şəkildə etməsə də, faktiki addımlar - KTMT iclaslarının boykot edilməsi, Aİ ilə təhlükəsizlik əməkdaşlığı, Lavrova sərt reaksiya – bu seçimin artıq edildiyini göstərir.

Bunun nəticəsi isə təkcə Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün yeni siyasi reallıqlar formalaşdıra bilər.

E.Rüstəmli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 İyun 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see192

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see181

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see132

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri