Kaya Kallasın Pekin görüşünə dair fikirləri isterik xarakter daşıyır Rusiya XİN
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Rusiya Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Vladislav Maslenikov Avropa İttifaqının yeni baş diplomatı Kaya Kallasın Çin paytaxtı Pekində baş tutan hərbi paradda Rusiya, Çin, İran və Şimali Koreya liderlərinin iştirakı ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Redaktor.az bu barədə gazeta.ru-ya istinadla xəbər verir.
O, Kallasın bu görüşü "mövcud dünya nizamına çağırış" kimi qiymətləndirməsini isterik və qeyri-obyektiv adlandırıb.
“Onun üçün, görünür, Avropa İttifaqının iştirak etmədiyi istənilən beynəlxalq tədbir qaydalara əsaslanan dünya nizamına təhdid kimi qəbul edilir. Bu isə artıq bir qədər isterik bəyanatdır,” - deyə Maslenikov bildirib.
Rusiya rəsmisi həmçinin qeyd edib ki, Kallasın fikirlərinə məhz bu kontekstdə yanaşmaq lazımdır və onları geniş miqyasda şərh etmək doğru olmaz.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 04 Sentyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















