Icma.az
close
up
RU
“Ermənistanla Fransa regionda ekoloji təhlükəsizliyə təhdid yaradır”

“Ermənistanla Fransa regionda ekoloji təhlükəsizliyə təhdid yaradır”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Ermənistan və Fransa regionda sabitliyi pozmaqda davam edir. Bu dəfə məsələ bölgənin ekoloji təhlükəsizliyinə ciddi təhdidlərlə bağlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin VI çağırış deputatı Elnur Allahverdiyev sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, Fransanın dövlətə məxsus “Orano” nüvə şirkəti vasitəsilə uran tərkibli radioaktiv tullantılar Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərdə yerləşdirilir: “Azərbaycan mətbuatının məlumatına görə, “Environmental Protection First” Koalisiyası bu məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda vurğulanır ki, tullantıların ilk hissəsi artıq Dilican Milli Parkına gətirilib. Göyçə gölünün şimalında yerləşən bu park tam olaraq Ağstafa çayının su hövzəsində, 1100–2800 metr yüksəklikdə yerləşir və burada yaranan su axıntıları Ağstafa çayı vasitəsilə Kür çayına daşınır. Parkın ərazisi Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarına yaxın olduğundan bu vəziyyət Azərbaycanın su ehtiyatlarına və biomüxtəlifliyinə ciddi təhdid yaradır. Nüvə tullantılarının Ermənistanda seysmik cəhətdən aktiv bölgəyə yerləşdirilməsi təhlükənin miqyasını xeyli artırır. Fransız mediasının məlumatına əsasən, bu addım fevral ayında Emmanuel Makron və Nikol Paşinyan arasında razılaşdırılıb, daha sonra Paşinyanın həyat yoldaşının fonduna şübhəli ianələr daxil olub”.

E.Allahverdiyev əlavə edib ki, belə təhlükəli və qeyri-şəffaf addımlar təkcə ekoloji mühitə deyil, həm də bütün regionun sabitliyinə ciddi zərbə vurur və buna beynəlxalq səviyyədə prinsipial reaksiya verilməlidir: “Ekoloji terrorun istənilən forması yolverilməzdir və bu kimi hallar beynəlxalq hüququn, xüsusilə də ətraf mühitin mühafizəsinə dair qəbul olunmuş konvensiyaların kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 İyul 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri