Icma.az
close
up
RU
Ermənistan regionda yenidən münaqişə vəziyyəti yaratmaq istəyir AÇIQLAMA

Ermənistan regionda yenidən münaqişə vəziyyəti yaratmaq istəyir AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Ermənistan öz davranışları ilə aydın göstərir ki, o, hazırkı vəziyyətlə barışmaq niyyətində deyil. Kənardan da dəstək almaqla Cənubi Qafqaz regionunda yenidən münaqişə vəziyyətini yaratmaq istəyir. Yəni Azərbaycana qarşı revanş etmək istəyir. Hesab edirəm ki, Fransa ilə Ermənistanın sıx təmasları bu baxımdan çox təhlükəlidir".

Bu fikirləri siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu Redaktor.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya səfəri və İrəvanın Paris tərəfindən silahlandırılmasını şərh edərkən dedi. Onun sözlərinə görə, Fransa Ermənistanın tək ümid yeridir:

"Ermənistanın Baş naziri Amerika Birləşmiş Ştatlarında dörd günlük səfərdən sonra Fransaya səfər edib. Paşinyan ABŞ-də ciddi görüşlər gözləyirdi, ABŞ-nin Prezidenti ilə görüşəcəyinə ümid edirdi, lakin bu baş vermədi, imtina aldı və ABŞ-nin yalnız vitse-prezidenti ilə qeyri-formal bir görüş oldu. Yəni o görüşdə Ermənistanın nə bayrağı var, nə də rəsmi protokol mövcud idi. Yəni bu, kifayət qədər uğursuz səfər sayıla bilər. Ümumiyyətlə Ermənistan cəmiyyətində Donald Trampın prezident seçiləcəyindən çox narahat idilər. Hətta Ermənistanda bu istiqamətdə silsilə yazılar da gedirdi. Bu gün Ermənistanın əsas ümid yeri kimi tək Fransa qalır. Ona görə sözsüz ki, birincisi, ABŞ səfərinin uğursuzluqları ətrafında müzakirə olunacaq. Nəzərə almaq lazımdır ki, Fransa və ABŞ Ermənistana çox yaxından dəstək olurdular. Görünür, bundan sonra Fransa bu missiyanı öz üzərində tək daşımalı olacaq. Bununla bərabər düşünmürəm ki, Amerika Birləşmiş Ştatları ümumiyyətlə demokratların vaxtında qurulmuş əməkdaşlıqdan tam geri çəkilsinlər. Amma bütün hallarda ABŞ-nin Ermənistana dəstəyinin Co Baydenin rəhbərliyi dövründəki qədər olmayacağını söyləmək üçün kifayət qədər ciddi əsaslar var". 

Politoloqun fikrincə, Paşinyanın Fransa səfəri sadəcə texnoloji əməkdaşlıq adı altında gizlədilir.

"Əsl məqsəd isə hərbi dəstək almaqdır. "Fransa Ermənistana davamlı olaraq çox yaxından dəstək göstərir. Xatırlatmaq istəyirəm ki, ötən il aprelin 5-də Brüsseldə görüş keçirilən zaman da görüşün səbəbləri fərqli izah edilmişdi. Görüşdən bir müddət öncə bildirdilər ki, Ermənistana əlavə təhlükəsizlik tədbirlərinin verilməsi məsələsi müzakirə olunacaq. Lakin bundan dərhal sonra bu inkar edildi və göstərildi ki, Ermənistanın inkişafı üçün dəstək məsələləri müzakirə olunacaq. Amma o, Brüssel görüşündən sonra biz gördük ki, Fransa daha aktiv şəkildə Ermənistana dağıdıcı hücum silahları ötürməyə başladı. Eyni zamanda Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında hərbi sahədə daha dinamik əməkdaşlıq müşahidə olunmağa başladı, Ermənistana hərbi yük təyyarələri istiqamətlənməyə başladı. Hətta Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında hərbi təlimlərə də start verildi. Buna buna görə də indi də Ermənistanın Fransaya səfərinin əsas məqsədi gizlədilir. Guya süni intellekt sahəsindəki fəaliyyətlə bağlı müzakirələr aparılacaq. Amma biz bilirik ki, Fransa ilə Ermənistanın Cənubi Qafqaz regionu ilə bağlı olduqca təhlükəli niyyətləri mövcuddur. Ona görə də sözsüz ki, Ermənistana əlavə təhlükəsizlik təminatlarının verilməsi, hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi və gələcəkdə Cənubi Qafqaz regionunda təhlükəli əməkdaşlıq məsələsinin də müzakirə olunacağı gözləniləndir".

E.Mirbəşiroğlu vurğuladı ki, İrəvan, vaxt qazanaraq hərbi dəstəyini artırmaq və regionda yeni eskalasiyalara zəmin hazırlamaq istəyir:

"Ermənistana artıq kifayət qədər təhlükəli hücum silahları göndərilibdir və bilirik ki, Ermənistan şərti sərhədə yaxın ərazilərdə səngər qurğuları da yaratmaqdadır. Ermənistanın həm hakim dairələrinin təmsilçiləri, həm də müxalifətçilər getdikcə daha sıx revanşdan danışırlar. Yəni sanki bu bir mərkəzdən idarə olunur, koordinasiya olunur. Bu baxımdan da sözsüz ki, Paşinyanın Fransa səfəri region üçün heç də xoşniyyətli bir səfər deyil. Bu baxımdan hesab edirəm ki, Ermənistanın Baş nazirinin Fransaya səfəri ərəfəsində ən çox Ermənistana əlavə hərbi dəstəyin olunması məsələsi müzakirə olunacaq. Ermənistan öz davranışları ilə aydın nümayiş etdirir ki, dayanıqlı sülh sazişi imzalamaq niyyətindən uzaqdır. Azərbaycanın irəli sürdüyü prinsipial şərtlərə əməl etmədən tez bir zamanda sülh sazişi imzalamaq istəyir. Burada da əsas məqsəd ondan ibarətdir ki, zaman udsun və qazanacağı zaman ərzində xüsusilə Fransadan hərbi dəstək almaq niyyətindədir. Bu dəstək də ona göstərilir, biz onu müşahidə edirik. O silahlar da Ermənistanda mühafizə olunmaq üçün, saxlanılmaq üçün göndərilmir, hansısa istiqamətlərdə istifadə olunması planlaşdırılır. İstiqamətin də nədən ibarət olunacağını, tapmaq üçün çox da düşünməyə ehtiyac yoxdur".

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Fevral 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri