Icma.az
close
up
RU
“Ermənistan residiv cinayətkarlığa təşviq olunur”

“Ermənistan residiv cinayətkarlığa təşviq olunur”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sülh müqaviləsi üzərində işlərin aktiv davam etdiyi, delimitasiya və demarkasiya prosesinin aparıldığı bir dövrdə Ermənistanın silahlandırılması əlbəttəki narahatlıq doğurmaya bilməz. Və əlbəttə ki, bunun Ermənistanın yeni müharibəyə hazırlığı kimi dəyərləndirilməməsi sadəlövlük olardı”​.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin 7-ci çağırış deputatı Nurlan Həsənov bildirib.

O bildirib ki, bugün Fransa başda olmaqla bəzi Avropa dövlətlərinin etdikləri, sanki əvvəllər ağır cinayət törətmiş bir cinayətkarın əlinə yeni və daha təhlükəli silahlar verməklə, onu residiv cinayətkarlığa təşviq etməkdir: “Lakin, unudulmamalıdır ki, residiv cinayətkarlıqla bağlı cinayət hüququnda belə bir prinsip var, residiv cinayətkarlığın cəzası daha ağır olur. Fransanın Ermənistanı Residiv cinayətkarlığa təşviq etməsi də, məhz cinayətdə iştirakçılıqdır. Odur ki, əgər Ermənistan yenidən Azərbaycan torpaqlarını işğal etmək fikrinə düşərsə bu zaman özü daha ağır cəza ilə, daha təhlükəli durumla qarşılaşa bilər”.

N.Həsənov əlavə edib ki, Ermənistanın silahlandırılması, Ermənistanda revanşizm əhval-ruhiyyəsinin güclənməsinə təkan vermək, xüsusilə Fransanın Ermənistanı hərbi cəhətdən dəstəkləməsi, regionda sülhün prosesinə və Azərbaycanın təhlükəsizliyinə təhdidlər yaradır:

“Bu gərginlik tək Ermənistan Azərbaycan münasibətlərində yox, həm də bütün Cənubi Qafqazın təhlükəsizliyini təhdid edir. Bəzi qərbin təhriki ilə Ermənistanın hərbi hazırlığı, müharibə riskini artırır və sülh prosesinin pozulmasına səbəb ola bilər.Regionda gərginliyin daha da artmaması üçün beynəlxalq cəmiyyətin, xüsusilə bəzi Avropa dövlətlərinin bunu nəzərə alması və Ermənistanı silahlandırmaqla bağlı öz siyasətlərini bir daha nəzərdən keçirməsi vacibdir. Cənubi Qafqazda yeni müharibənin qarşısının alınması üçün sülh və dialoq mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi istənilən təhlükəni, istənilən zaman və istənilən yerdə məhv etmə gücünə sahibdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri