Bəxtiyar Musayev: “Ayxan Abbasovun bu addımını alqışlayıram”
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Ayxan Abbasovun Eşqin Əhmədov, Nihad Əhmədzadə və Lorenzo Mezzoteronu kimi gənc futbolçuları milliyə dəvət etməsi sevindirici haldır". Bu sözləri Sport24.az-a açıqlamasında millinin sabiq üzvü, AFFA-nın Texniki departamentinin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev deyib.
Təcrübəli mütəxəssis Ayxan Abbasovun gənc futbolçuları milliyə dəvət etməsini alqışladığını bildirib:
"Eşqin və Nihadın U-21-in heyətində Çexiyaya qarşı oyunlarını canlı izləmişəm. Hər üç futbolçunun potensialı var. Gələcəkdə millimizin əsas üzvlərinə çevrilə bilərlər. Yaşlı futbolçuları dəvət etməkdənsə, belə gənclərə şans vermək lazımdır. Ayxan Abbasovun bu addımını alqışlayıram. Yerli futbolçularımızın bəzilərində arxayınlaşmaq xüsusiyyəti var. Buna görə də gənc oyunçular bu hissi kənara qoymalı, üzərlərində daha çox çalışmalıdırlar".
Qeyd edək ki, Eşqin Əhmədov, Nihad Əhmədzadə və Lorenzo Mezzoterono əsas milliyə ilk dəfə dəvət olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 07 Noyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















