Icma.az
close
up
RU
Ermənistan KTMT büdcəsinə maliyyə ayırmağı planlaşdırmır XİN

Ermənistan KTMT büdcəsinə maliyyə ayırmağı planlaşdırmır XİN

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Xarici İşlər Nazirliyi KTMT büdcəsinə illik maliyyə ödənilməsi ilə bağlı ölkənin mövqeyini bildirib.

Bizimyol.info xəbər verir ki, ölkə mətbuatının rəsmi sorğusuna cavab olaraq nazirlik təsdiq edib ki, İrəvan müvafiq sənədi imzalamaqdan çəkilmək qərarı barədə təşkilatın katibliyinə məlumat verib.

“Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamaqdan və müvafiq olaraq təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkildiyi barədə rəsmi məlumat verib”, - deyə XİN-in məlumatında bildirilir.

Nazirlik onu da vurğulayıb ki, KTMT-nin daxili prosedurlarına uyğun olaraq, illik büdcə haqqında məlumat ictimaiyyətə açıqlanmır. Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bəyan edib ki, Ermənistan 2025-ci ilin sonuna qədər rüsum ödəməsə, KTMT-yə üzv dövlətlər vəziyyətin inkişafı üçün müxtəlif ssenariləri nəzərdən keçirə bilərlər.

Xatırladaq ki, may ayında Ermənistan rəsmi olaraq qurumun 2024-cü il büdcəsini maliyyələşdirməkdən imtina etdiyini açıqlamışdı. Buna baxmayaraq, KTMT nümayəndələrinin verdiyi məlumata görə, 2025-ci il üçün maliyyə məbləği hələ də hesablanacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl də ölkənin KTMT-də iştirakını dayandıracağını dəfələrlə bəyan edib. Sentyabrda o, təşkilatı Ermənistan üçün “təhlükəsizliyə təhdid” adlandırıb və onunla münasibətlərdə geri dönüş nöqtəsinin artıq keçdiyini bildirib.

Kreml bu bəyanatlara cavab verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan baş nazirinin mövqeyi ilə razılaşmadığını bildirib və KTMT-nin iştirakçı ölkələrin suverenliyini qorumaq üçün yaradıldığını və heç bir təhlükə törətmədiyini vurğulayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 Mart 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri