Icma.az
close
up
RU
Ermənistan Rusiya ittifaqı yaranır? Qukasyanın çıxışı rezonans doğurdu

Ermənistan Rusiya ittifaqı yaranır? Qukasyanın çıxışı rezonans doğurdu

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Gümrü şəhərinin yeni meri Vardan Qukasyan Rusiya ilə Belarus prinsipinə əsaslanan İttifaq dövlətinin tərəfdarı olduğunu deyib. O, bunun Ermənistanın müstəqilliyinə son qoyacağını düşünmədiyini bildirib. Əvvəlki illərdə erməni rəsmiləri Moskvanın İrəvanı ittifaq dövlətinə qoşulmağa məcbur etdiyini deyirdi.

Gümrü merinin də tərəfdarı olduğu bu məsələ yenidən gündəmə gətirilə bilərmi? Rusiya ilə Belarus arasında 1999-cu ildə imzalanan müqaviləyə İrəvan da nə zamansa imza atacaq?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, 1999-cu ildə Belarus və Rusiya arasında ittifaq sazişi imzalandı. Bu saziş hər iki ölkənin siyasi, iqtisadi, hərbi cəhətdən birləşməsini nəzərdə tuturdu:

“Qeyd etmək lazımdır ki, bu ittifaq sazişinin bütün müddəaları hələ yerinə yetirilməsə, tam inteqrasiya baş verməsə də, hər iki ölkənin müttəfiqlik və yaxın dostluq əlaqələrini əsaslandırmış oldu.

Ermənistanda vaxtaşırı müxtəlif partiyalar Rusiyayla bənzər ittifaq sazişinin imzalanmasının tərəfdarı olublar. Bir şərtlə ki, Ermənistan müstəqilliyini saxlasın. Belarusun timsalında bunu görə bilərik. Belarus müstəqilliyini saxlayır, amma bununla belə ittifaq sazişinin üzvüdür.

Vardan Qukasyan Ermənistan Kommunist Partiyasından qalib olduqdan sonra Kommunist Partiyası proqramında həmişə Rusiyayla yaxın münasibətlər əsas yer alan müddəalardan olub. Qukasyanın əvvəlki bəyanatlarında da Rusiyayla sıx inteqrasiya məsələlərinə toxunulub”.

Politoloqun sözlərinə görə, onun bu fikri səsləndirməsi təəccüblü olmamalıdır:

Sultan Zahidov

“Qukasyan sözün əsl mənasında Ermənistanın indiki siyasətini daxili və xarici baxımdan tənqid edən və Rusiyayla daha sıx münasibətlərin tərəfdarı olan bir şəxs kimi tanınır.

Bir çox mənbələrə görə o, həm də keçmiş prezident Koçaryanla da yaxın münasibətlərə malik olan bir şəxsdir. Düzdür, özü bunu inkar etdi, amma onunla gələcəkdə mümkün görüşü də istisna etmədi.

Hazırda sözügedən sazişin imzalanması imkanı və ehtimalı yoxdur. Ermənistanın indiki rəhbərliyi Rusiyaya əks kurs həyata keçirir.

Daha çox Rusiyaya bağlı institutların fəaliyyətini donduraraq Qərb institutlarına, Avropa Birliyinə inteqrasiya xəttini dəstəkləyirlər.

Belə olan halda, Rusiyayla hansısa ittifaq sazişindən danışmağa dəyməz. Bu, 180 dərəcə dönüş və ciddi dəyişiklik demək olardı.

Ona görə də, bunun indiki halda Ermənistan üçün gündəm olacağına inanmaq mümkün deyil.

Gələcəkdə sözsüz ki, müxtəlif ssenarilər baş verə bilər.

Yəni 5,10, 20 ildən sonra siyasi konfiqurasiya dəyişə bilər. Ermənistanda yenidən Rusiya yönümlü bir hakimiyyət yarana bilər və belə olan təqdirdə məsələn, Koçaryan kimi bir siyasətçinin hakimiyyətə gələrsə, Ermənistanın Qərbə üz döndərərək, Rusiya yönümlü institutlara inteqrasiya edəcəyi və eyni zamanda Rusiya ilə ittifaq müqaviləsi imzalayacağı ehtimalını da istisna etməməliyik”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Aprel 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri