Ermənistan Rusiya vətəndaşının ölkəyə girişinə qoyulan qadağa ilə bağlı izahat verməlidir Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Moskva Rusiya vətəndaşı Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulmasını "tamamilə qeyri-dost addım" kimi qiymətləndirir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə "NEWS.ru”nun sualını cavablandırarkən bildirib.
O qeyd edib ki, Rusiya həmçinin Ermənistan hakimiyyətindən bu məsələ ilə bağlı izahat tələb edir.
"Bu, ikitərəfli münasibətlərin müttəfiqlik statusuna ziddir. Biz dərhal ikitərəfli diplomatik kanallar vasitəsilə İrəvana müraciət edərək izahat istədik. Biz əvvəllər də erməni tərəfdaşlarımızı hansısa səbəblərdən Ermənistan hakimiyyətini qane etməyən Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması kimi çirkin təcrübəyə son qoymağa çağırmışıq", - deyə M.Zaxarova bildirib.
Diplomatın sözlərinə görə, ölkə hökumətinin daim demokratiya və fikir plüralizminə sadiq olduğunu bəyan etməsini nəzərə alsaq, İrəvanın bu cür münasibəti təəccüb doğurur.
///report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 18 Dekabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















