Ermənistan rusiyalı hərbçiləri Türkiyə ilə sərhəddən çıxardı
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan sərhədçiləri Türkiyə ilə sərhəddəki “Axurik” keçid məntəqəsində Rusiya qoşunlarını əvəz ediblər.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 2021-2026-cı illər üçün hökumət proqramının icrası ilə bağlı hesabatda bildirilib.
Mətndə deyilir ki, 1 mart 2025-ci il tarixindən etibarən Türkiyə ilə sərhəddəki “Marqara” keçid məntəqəsi yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən idarə olunur.
"2026-cı ilin əvvəlindən etibarən “Axurik” keçid məntəqəsi də yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının şəxsi heyəti tərəfindən idarə olunacaq. Hazırda sərhəddə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının tam nəzarəti altında olmayan aktiv keçid məntəqəsi yoxdur", - deyə hesabatda bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 Fevral 2026 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















