Icma.az
close
up
RU
Ermənistan Rusiyanı mütəmadi vurur, amma cavabı verilmir: SƏBƏB BİZİK

Ermənistan Rusiyanı mütəmadi vurur, amma cavabı verilmir: SƏBƏB BİZİK

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Erməni politoloq və ekspertlərinin bir çoxu uzun müddətdir Ermənistan hakimiyyətinin səhv siyasət apardığının qənaətindədirlər.
Yadınızdadırsa, hələ 2023-cü ildə Ermənistan ərazisində KTMT təlimləri keçirməyə razı olmadığını bildirmişdi. Ermənistan daha sonra da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimlərindən imtina etdi. Hətta 2024-cü ildə Astanada KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçirilərkən Paşinyan sesiyaya getmədi.
Elə həmin ili - 2023- cü ildə Ermənistan parlamenti Roma statutunu qeyd-şərtsiz ratifikasiya etdi. Bilirsiniz bu sənəd - Ermənistanda Roma statutu təsdiqlənməsi o deməkdir ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistana gedərsə həbs olunmalıdır.

Bir çox deputatlar, o cümlədən, “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan parlamentin iclası başlamamışdan əvvəl dedi ki, məsələnin parlamentin gündəliyinə salınması Ermənistan Konstitusiyasına zidddir. Hətta Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirdi.

Daha sonra - ötən ilin son günlərində isə Ermənistan Baş naziri Nikol Paşinyan bildirdi ki, Rusiya qoşunları Ermənistan-İran sərhədindən çıxarılıb.
Bütün Rusiyaya, eyni zamanda Putinə qarşı bu addımları atan Ermənistanın tezliklə cəzalandılıacağı həyəcanla gözlənilirdi. Hətta qeyri-rəsmi söhbətlərdə tezliklə Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının tezliklə ərazidən çıxarılacağı da deyilirdi.
Yuxarıda qeyd etdiyim kimi, Ermənistanın politoloq və hərbi ekspertləri həyəcan təbili çalır, tezliklə Rusiyanın İrəvanda Kiyev variantına - dağıdıcı həmləyə başlayacağını qeyd edirdilər.
Maraqlıdır ki, Ermənistan iqtisadi olaraq Rusiyadan asılı olduğu halda bu addımları atır. Sanki vurulmayacağını bilir, Gürcüstanın, Ukraynanın gününə salınmayacağından əmindir.
Təsəvvür edin, Roma sənədi qəbul edilən ərəfədə - 2023-cü ildə sentyabrın 21-də Rusiya hökuməti ölkədən kommersiya xarakterli benzin və dizel yanacağının ixracına qadağa qoyduqdan sonra Ermənistanda neft məhsullarına olan tələbatın ödənilməsi ilə bağlı təşviş yaranmışdı və bu benzinin qiymətinin 30-40%-ə qədər bahalaşmasına səbəb olmuşdu. Bundan sonra Ermənistan hökuməti oktyabrın əvvəlində Rusiyaya rəsmi şəkildə müraciət edərək 15 min ton benzin və 20 min ton dizel yanacağının alınmasına nail oldu.

Rusiya iqtisadçıları bildirir ki, Ermənistanın yeganə atom elektrik stansiyası olan Metsamor stansiyası da Rusiyanın Rosatom şirkəti tərəfindən idarə edilir. Stansiyanın fəaliyyəti üçün lazım olan uran da Rusiyadan idxal edilir və stansiyanın radiaktiv tullantılarının emalı da rus şirkəti tərəfindən həyata keçirilir. Ermənistanda istehsal edilən elektrik enerjisinin 35-40%-i bu stansiyanın payına düşür. Stansiyanın istifadə müddəti 2012-ci ildə bitsə də aparılan yeniləmə işləri nəticəsində 2027-ci ilə qədər uzadılıb. Bunun üçün Rusiya tərəfindən Ermənistana 270 milyon dollar kredit, 30 milyon dollar qrant ayrıldı. Yeniləmə işləri Rusiyanın “Atomenerqoremont” şirkəti tərəfindən aparılmışdı.
Ermənistanı yaradan, onu dövlət edən Rusiyadır. Heç bir halda "sənətkar" öz əsərini yandırmaz .Yəni, belə hal olubsa da çox nadir haldır.
Rusiya o səbəbdən Ermənistanı vurmur.Rusiyanın "ərköyün balası" olduğunu tam anlayır. Çünki yer üzündə elə bir millət yoxdur ki, xəyanəti, nankorluğu, acgözlüyü, yalanı, həyasızlığı bu xalq qədər bacarsın və Putin, eləcə də bütün var olmuş sovet rəhbərlərinə ən sərf edən alət olublar. Yəni nadürüstlükdə nadir nüsxədirlər.
Xatırlayırsınız, ötən ay Rusyan XİN rəhbəri İrəvana gəlmişdi, İrəvan küçələrində ona və onun hökümətinə qarşı etiraz aksiyaları keçirildi Putin küfrlər olundu, onu "uşaq qatili", "şeytan " adlandırdılar..

Üstəlik ötən həftə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun sessiyasında Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk çıxışında bəyan etdi ki,Rusiya Ermənistan səmasının onun üçün bağlana biləcəyindən ehtiyat edir. Yəni Ermənistandan bu hərəkəti də gözləyirlər.
Ermənistanın Rusiyaya qarşı bütün dirənişlərinin fonunda əslində İrəvan çoxdan bombardman olunmalıydı. Bu Putinin xəttidir. Amma edilmir. Çünki, Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ən əlverişli alətdir, maşadır. Rusiya Ermənistanı məhv edərsə, düşmən hesab etdiyi hər iki ölkə qarşısında özünü silahsız hesab edər.
Odur ki, Ermənistanın bütün kaprizlərinə təmkinlə dözür və hətta onun başını sığallamaqda davam edir. Belə ki, Ermənistanın iqtisadi cəhətdən ondan asılı olduğunu bilə -bilə də ona bütün qapılarını taybatay açır.
Son olaraq:Bu il iyunun 1-dən 23-dək Ermənistandan ərik yüklənmiş 502 yük maşını artıq Rusiya gömrük sərhədindən keçib. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yazıb:"Təkcə son 3 gündə ərik yüklü 136 yük maşını Rusiyaya daxil olub”. Yəni elə təkcə bu fakt göstərir ki, Rusiya heç vaxt  ermənilərin əriyini əzməyəcək, xarab etməyəcək, hətta öpüb gözünün üstünə qoyacaq. Buna el arasında  "əriyini əzdirməyən"  də deyilir. Eynən  Rusiyaya güvənərək Ermənistan kimi özünə əmin olan insanlar nəzərdə tutulur. 
İndi  açmamızı açaq:Rusiya üçün Azərbaycan və Türkiyə var olduqca Ermənistana gözün üstə qaşın deyən olmayacaq...

 Əntiqə Rəşid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 İyun 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri