Icma.az
close
up
RU
Ermənistan seçkiləri və Qərbin “demokratiya” sınağı

Ermənistan seçkiləri və Qərbin “demokratiya” sınağı

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Ermənistanda sabah növbəti parlament seçkiləri olacaq. 7 iyun seçkiləri təkcə daxili siyasi rəqabət deyil, həm də böyük güclərin təsir mübarizəsi fonunda keçirilir.

Baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” Partiyası Qərbə inteqrasiya, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, “sülh gündəliyi” xətti ilə seçkiyə gedir. Reuters də yazır ki, bu seçki Paşinyanın Qərbə yaxınlaşma və Azərbaycanla sülh kursu üçün ciddi testə çevrilib.   Amma paradoks ondadır ki, Qərb demokratiya, şəffaf seçki və insan hüquqları barədə hamıya dərs keçdiyi halda, Ermənistanda müşahidə olunan inzibati resurs, həbslər, təzyiq və xarici müdaxilə iddialarına münasibətdə son dərəcə seçici davranır.

Əsas problem Qərb institutlarının yanaşmasındakı ikili standartdır. ODİHR-in aralıq hesabatında seçkilərin “qütbləşmiş mühitdə” keçirildiyi qeyd olunur, amma Ermənistan hakimiyyətinin seçki prosesində inzibati imkanlardan istifadəsi, müxalifət funksionerlərinə təzyiq və siyasi rəqiblərin neytrallaşdırılması kimi məsələlər Qərb dairələrinin ritorikasında sərt siyasi qiymət almır.   Halbuki başqa ölkələrdə oxşar hallar baş verəndə AŞPA, Avropa Parlamenti və seçki müşahidə missiyaları dərhal “demokratiyanın geriləməsi”, “siyasi təqib”, “azad seçki mühitinin pozulması” kimi ifadələr işlətməyə tələsirlər. Ermənistana gəldikdə isə həmin institutlar daha ehtiyatlı, daha yumşaq və daha “anlayışlı” mövqe tutur.

Bu seçkidə pozuntu iddiaları yalnız bir tərəfə aid deyil. Müxtəlif məlumatlarda səslərin pulla alınması, regionlarda seçicilərə maddi vədlər verilməsi, siyasi düşərgələrin fərqli maliyyə mənbələrindən yararlanması barədə iddialar səslənir. Burada siyasi mənzərəni obrazlı şəkildə belə ifadə etmək olar: bir tərəfə seçki resursu avro ilə, digər tərəfə rubl ilə gəlir. Yəni Ermənistan seçicisinin iradəsi demokratiya prinsipləri ilə deyil, geosiyasi valyutalarla ölçülür. Qərb Paşinyanı Rusiyadan uzaqlaşan lider kimi gördüyü üçün onun xeyrinə formalaşan siyasi mühiti görməzdən gəlir, Rusiya isə Karapetyan və digər prorus qüvvələr üzərindən öz təsir imkanlarını qorumağa çalışır.

Moskvanın da prosesə müdaxilə cəhdləri açıq görünür. Reuters-in məlumatına görə, Rusiya Ermənistanın Qərbə yaxınlaşmasına cavab olaraq iqtisadi təzyiqləri artırıb, enerji güzəştləri, ticarət məhdudiyyətləri və Avrasiya İqtisadi İttifaqı məsələsini təzyiq aləti kimi istifadə edir.   Bu, göstərir ki, Ermənistan seçkiləri artıq yalnız partiyalararası yarış deyil, Rusiyanın Cənubi Qafqazda mövqelərini qorumaq savaşıdır. Digər tərəfdən, Qərb də açıq şəkildə Paşinyanın siyasi xəttini “Ermənistanın demokratik və Avropa gələcəyi” kimi təqdim edir. Beləliklə, həm Rusiya, həm Qərb, həm də Ermənistan hakimiyyəti seçki prosesinə müxtəlif formalarda təsir göstərir.

Ən ciddi məqam isə seçicilərə və namizədlərə təzyiq iddialarıdır. Müxalifətə yaxın şəxslərin həbsi, partiya fəallarına qarşı hüquqi prosedurlar, Rusiyadan səsverməyə gələn Ermənistan vətəndaşlarının hava limanında hərbi uçota alınması və hərbi toplanışa cəlb edilməsi barədə iddialar seçki mühitinin bərabər olmadığını göstərən arqumentlər kimi təqdim olunur. Reuters də seçki kampaniyası fonunda müxalifət fiqurlarının həbsi və Paşinyanın avtoritar meyllərlə bağlı tənqid edildiyini qeyd edir.   Belə şəraitdə seçkinin yalnız texniki prosedur kimi müşahidə edilməsi kifayət deyil; əsas məsələ seçicinin azad iradəsinin nə dərəcədə qorunmasıdır.

Qərbin riyakarlığı məhz burada üzə çıxır. Əgər Ermənistanda hakimiyyət Qərbə yaxın xətt aparırsa, o zaman pozuntular “keçid dövrünün çətinliyi” kimi təqdim olunur. Əgər eyni hallar Qərbin siyasi maraqlarına uyğun olmayan ölkədə baş versəydi, bu, dərhal “seçki saxtakarlığı” və “demokratiyaya zərbə” kimi qiymətləndirilərdi. Bu mənada Ermənistan seçkiləri Qərbin demokratiya anlayışının universal prinsip deyil, siyasi alət olduğunu bir daha göstərir. Demokratiya Qərbin əlində dəyər kimi deyil, təzyiq və legitimləşdirmə mexanizmi kimi işləyir.

Nəticə etibarilə, Ermənistanda seçki prosesi üçqat müdaxilə altında formalaşır: Rusiya öz təsir dairəsini qorumağa çalışır, Qərb Paşinyanın geosiyasi kursunu dəstəkləyir, Ermənistan hakimiyyəti isə seçki nəticələrini nəzarətdə saxlamaq üçün inzibati və hüquqi mexanizmlərdən istifadə etməkdə ittiham olunur. Belə bir mənzərədə Qərb müşahidə institutlarının susqunluğu təsadüfi deyil. Onlar pozuntuları görmürlər, çünki bu dəfə pozuntular Qərbin siyasi maraqlarına zidd deyil. Ermənistanda seçkinin əsas dərsi də budur: Qərbin demokratiya meyarları prinsipə görə yox, kimin qalib gəlməsinin Qərbə sərf edib-etməməsinə görə dəyişir.

Züriyə Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 İyun 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri