Icma.az
close
up
RU
Ermənistan şərti sərhəddə hərbi gərginliyi artırır

Ermənistan şərti sərhəddə hərbi gərginliyi artırır

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrın 19–20-də antiterror tədbirləri ilə ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Qələbədən sonra yekun sülhün təmin olunması istiqamətində danışıqlar aparıldı. Sonda iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni razılaşdırıldı. Mətnin imzalanması üçün isə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialar aradan qaldırılmalı, eyni zamanda, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır.

 Hazırda bu istiqamətdə danışıqlar aparılır. Lakin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına qarşı çıxan qüvvələr var və onlar tez-tez iki ölkə arasındakı şərti sərhəddə gərginlik yaradırlar. Atəşkəsin pozulması ilə bağlı məlumatlar da bundan xəbər verir. Son hadisə mayın 13-də qeydə alınıb. Həmin gün Ermənistan silahlı qüvvələri saat 20:45-dən 21:30-dək atəşkəsi pozub. Onlar Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutublar. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, bölmələrimiz tərəfindən həmin istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Əvvəllər olduğu kimi, bu dəfə də, Ermənistan rəsmiləri atəşkəsi pozduqlarını inkar ediblər. Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, sərhədin şərq və cənub-şərq hissələrində yerləşən Azərbaycan mövqeləri atəşə tutulmayıb və xəbər həqiqətə uyğun deyil. Bundan əvvəl isə Azərbaycanın atəşkəsi pozduğu barədə yalan məlumatlar yayıblar. 

Maraqlıdır ki, sülhlə bağlı irəliləyişin olduğu bir zamanda Ermənistanın təxribatları hayların sülh müqaviləsini imzalamağa hazır olmadığını göstərir. Bu, həm də Ermənistanın baş naziri Nikol Paşinyanın atəş açmamaq barədə verdiyi göstərişin dəyərsizliyindən xəbər verir. 

Yada salaq ki, təqribən iki ay bundan əvvəl Paşinyan “Facebook” səhifəsində yazmışdı: “Ermənistan Müdafiə Nazirliyinə verdiyim göstəriş aydındır: atəşkəs rejiminin heç bir pozulmasına yol verməyin. Ermənistan müharibəyə yox, sülhə doğru irəliləyir”. 

O vaxtdan keçən müddətdə isə atəşkəs dəfələrlə pozulub. Amma Ermənistan tərəfindən dəfələrlə pozulan atəşkəs ­Aİ-nin müşahidə missiyası tərəfindən çox vaxt qeydə alınmayıb, hesabatlarında bununla bağlı hər hansı məlumat olmayıb. Çünki missiyanın əsas məqsədi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edir. İrəvanı da cəsarətləndirən məhz avropalı müşahidəçilərin bu mövqeyidir. Haylar əmindirlər ki, missiyanın fəaliyyəti onları qoruyacaq. Həm də buna paralel olaraq erməni tərəfi döyüş mövqelərində mühəndis-istehkam işləri aparırlar. 

Atəşkəsin pozulması və Aİ-nin müşahidə missiyasının atdığı addımlar da sübut edir ki, indiki halda Ermənistan ayrı-ayrı ölkələrdən, o cümlədən Fransadan silah almaq üçün müəyyən bəhanələr yaratmağa çalışır. Başa düşürlər ki, Rusiyadan silah almaq imkanları məhdudlaşıb. Hətta sülh müqaviləsi imzalansa belə, haylar Fransadan silah alacaqlarını bildirirlər. Ermənistanın müdafiə naziri Suren Papikyanın açıqlaması da çox şeydən xəbər verir: “İrəvanla Bakı arasında sülh müqaviləsi imzalandıqdan sonra da regionda təhlükəsizliyin təmin edilməsinin səviyyəsindən asılı olmayaraq, Ermənistan Fransadan silah almağa davam edəcək. Bu gün iki ölkə arasındakı hərbi əməkdaşlıq silahlı qüvvələrin, demək olar ki, bütün sahələrini əhatə edir. Müdafiə sahəsində islahatlar istiqamətində, hərbi təhsil sahəsində dəstək, birgə təlimlər və əlbəttə ki, silahlı qüvvələrin və müdafiə vasitələrinin müasirləşdirilməsi üçün hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi prosesini xüsusilə vurğulamaq lazımdır”.

Fransadan başqa, Qərbin müxtəlif strukturları, o cümlədən Brüsseldə oturan siyasətçilər də Ermənistana müxtəlif vədlər verməklə, silahlandırmaqla onu ümidləndirirlər. Onlar da haylarda revanşizm əhval-ruhiyyəni qızışdırırlar. Bu səbəbdən də hər vəchlə bölgədə təxribatçı, gərginliyə yönəlik addım və tədbirlərə əl atırlar. Onu da qeyd edək ki, Ermənistan 2022–2024-cü illərdə idxal etdiyi silahların 43 faizini Hindistandan alıb.

Azərbaycanın təklif etdiyi sülh müqaviləsi ətrafında danışıqların aparıldığı bir vaxtda Ermənistanın silahlandırılması isə bölgədə güc balansını pozur və revanşist qüvvələrin mövqeyini gücləndirir. Politoloq Mətin Məmmədli bildirdi ki, bu, yalnız sülh danışıqlarını çətinləşdirmir, həm də müqavilənin imzalanmasını əngəlləyir. Eyni zamanda, Ermənistan ictimaiyyətində yanlış illüziyaların yaranmasına səbəb olur, onun silahlanmasına rəvac verir: “Ermənistan və Fransa arasında hərbi əlaqələrin gücləndirilməsini, adətən, müttəfiqlik əlaqələrinin diversifikasiyası və gələcəkdəki qeyri-müəyyənliklərə qarşı müdafiə qabiliyyətliliyinin artırılmasına yönəlik strateji addım kimi şərh edirlər. Lakin Ermənistan və Fransa arasında hərbi-siyasi əlaqələrin dərinləşdirilməsinin səbəbləri daha genişdir. Misal üçün, Fransa öz geosiyasi nüfuz dairəsini ənənəvi sferasından kənara yaymağa çalışır, Ermənistana strateji cəhətdən həssas regionda əsas müttəfiq kimi baxır. Bu tərəfdaşlıq təkcə hərbi məsələləri yox, həm də dərin siyasi dialoq və iqtisadi razılaşmaları ehtiva edir”.

M. Məmmədli qeyd etdi ki, yeni tərəfdaşlarına baxmayaraq, Ermənistanın Rusiya ilə bağları güclü olaraq qalır, Ermənistan ərazisində hələ də Rusiya hərbi bazaları mövcudluğunu davam etdirir: “Ermənistan Rusiya ilə ticarət dövriyyəsini artırıb. Beynəlxalq ekspertlərin qənaətincə, bu, sanksiya tətbiq edilmiş məhsulların təkrar ixracı sayəsində baş verib”.

Onun sözlərinə görə, Azərbaycana qarşı 30 il təcavüzkar siyasət aparmış Ermənistanın silahlandırılması onun siyasi elitası və cəmiyyətində revanşist tendensiyaların artmasına xidmət edir: “Nəticə etibarilə, Fransanın Ermənistanı silahlarla təchiz etməsi Ermənistan və Azərbaycan arasında sülh perspektivlərinin yüksək olduğu məqamda hərbi-siyasi gərginliyi artırır. Hadisələrin bu cür inkişafı davam etməkdə olan sülh danışıqlarını zəiflədə və düşmənçilik hallarının daha da artmasına səbəb ola bilər”.

Politoloq daha sonra bildirdi ki, Ermənistan baş naziri Nikol Paşinyan sülh mesajları verərkən Ermənistan ordusu may ayında sərhəddə atəşkəs rejimini bir neçə dəfə pozub. İşğal tarixi olan və revanşist tələblərin hələ də gündəmində qaldığı Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılması bölgə üçün təhlükə ­yaradır. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan ordusuna Fransa və ABŞ-ın hərbi müşavirləri təyin edilib və birgə təlimlər keçirilib. 2020-ci ildə müharibədən əvvəl 700 milyon dollar olan ordunun hərbi büdcəsi 2025-ci ildə 1 milyard 708 milyon dollar müəyyən edilib. Halbuki bölgənin qarşıdurmaya yox, ­davamlı sülh və əməkdaşlığa ehtiyacı var”. 

Politoloq Namiq Əliyev isə bildirdi ki, sərhəddəki mövqelərimizin atəşə tutulmasının arxasında Azərbaycanla sülh sazişinin əleyhdarlarının təxribatı dayanır: “Bu, həm də, Aİ-nin müşahidə missiyası ilə əlaqəlidir. Çünki onun fəaliyyəti təhlükə altındadır və sülh sazişi imzalanarsa, o, sərhədi tərk etməli olacaq. Bunu Ermənistanın rəhbərliyi də açıqlamalarında bildiriblər. Onların sözlərindən belə məlum olur ki, müşahidə missiyası Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanadək fəaliyyət göstərəcək”.

 Bu səbəbdən də bölgəyə sülhün təminatı üçün gələnlər atəşkəsin pozulmasında maraqlıdırlar. 

Əslində, şərti sərhəddə Ermənistan ordusu atəşkəsi pozmaqla Azərbaycanı təxribatlara qarşı adekvat reaksiya vermək məcburiyyətində qoyur. Çətin ki, erməni tərəfi əvvəllər bunun necə bitdiyini unutsun. Buna baxmayaraq revanşizm arzusuna düşən haylar sərhəddə gərginlik yaratmağa çalışırlar. Onlar tərəfindən “sülh müqaviləsini imzalamağa hazırıq” açıqlamaları yalnız manipulyasiya vasitəsi ola bilər. Əgər qarşı tərəf sülh gündəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsinə və atəşin pozulmasına son qoymalı, sülh müqaviləsinn imzalanmasına mane olan problemləri aradan qaldırmalıdır. Regionda sabitlik bunu tələb edir.

Pünhan ƏFƏNDİYEV 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 May 2025 02:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see219

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see211

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see210

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see207

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see205

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see203

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see197

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see195

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see184

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see184

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see183

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see180

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see180

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see179

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see176

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see175

"Özəl klinikaları zəiflətmək Azərbaycan səhiyyəsinə zərbədir" Tanınmış cərrah VİDEO

26 İyun 2026 15:13see170

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see164

Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”

26 İyun 2026 16:03see163

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri