Icma.az
close
up
RU
“Ermənistan sülhə maneə törədən fəaliyyətlərlə məşğuldur” QAİ KONKRET

“Ermənistan sülhə maneə törədən fəaliyyətlərlə məşğuldur” QAİ KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Təəssüf ki, Ermənistan sülhün əldə olunmasına maneə törədən fəaliyyətlərlə məşğuldur”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının 8 Noyabr Zəfər Günü ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun uzun müddət torpaqlarımızı işğal altında saxlayan Ermənistan üzərində tarixi Zəfərini xalqımız növbəti dəfə böyük təntənə ilə qeyd edir:

“8 Noyabr – Zəfər Günü, uzun illər Ermənistan silahlı qüvvələrinin işğal, etnik təmizləmə və soyqırımı aktından əziyyət çəkmiş Azərbaycan xalqının mətanətini, hərbi gücünü və ədalətin təntənəsini simvolizə edir. Ermənistanın irqçi və ekspansionist ideologiyadan qaynaqlanan təcavüzkar siyasəti üzərində qazanılmış zəfər, beynəlxalq hüququn aliliyini təmin edib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yaratdığı dövlətçiliyimizin möhkəm təməlləri, onun müdrik siyasəti və milli-ideoloji prinsipləri xalqımızın əzmini və gücünü bir araya gətirmiş, Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və məharətli sərkərdəliyi Azərbaycanı həm siyasi arenada, həm də hərb meydanında qalibiyyətə çatdırıb. İlham Əliyevin uzaqgörən rəhbərliyi altında atılan ardıcıl addımlar nəticəsində dövlətimiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni bir dövrə qədəm qoyub.

Azərbaycanın şanlı Ordusunun 2020-ci ilin noyabrında Vətən Müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarında qazandığı parlaq qələbələr, xalqımızın misilsiz vətənpərvərlik ruhunu bir daha təsdiqləyib. Qarabağın işğalından sonra doğulmuş və oranı heç vaxt görməmiş oğullarımızın silaha sarılıb qəhrəmancasına vuruşması xalqımızın döyüşkən ruhunun və vətənə bağlılığının göstəricisidir.

Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir və sağlamlığını itirənlərə şəfa diləyirik”.

Bəyanatda o da deyilir ki, ərazilərimizin Ermənistanın işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ədalətə inamımızı gücləndirib: “Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş və hələ də evlərinə dönə bilməyən azərbaycanlıların təşkilatı – Qərbi Azərbaycan İcması bu tarixi nailiyyətdən böyük güc alır. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, ədalətə ancaq inanaraq və onun uğrunda mübarizə apararaq nail olmaq mümkündür. Biz də bu əzmlə və inamla öz doğma evlərimizə təhlükəsiz şəkildə,ləyaqətlə və sülh yolu ilə qayıtmaq uğrunda mübarizə aparırıq.

Azərbaycanın tarixi zəfəri, ölkəmizin sülh və təhlükəsizlik şəraitində inkişafı, eləcə də regionda davamlı sülh üçün daha möhkəm əsaslar yaradır. Təəssüf ki, Ermənistan sülhün əldə olunmasına maneə törədən fəaliyyətlərlə məşğuldur.

Azərbaycana qarşı törətdiyi saysız-hesabsız cinayətlərə görə məsuliyyətini qəbul etməyən, Azərbaycandan üzr istəməyən, əksinə hələ də hərbi caniləri qəhrəmanlaşdıran, Konstitusiyasından ölkəmizə qarşı ərazi iddiası ilə bağlı müddəanı çıxarmayan, genişmiqyaslı silahlanma siyasəti həyata keçirən Ermənistan bu kimi destruktiv addımlardan çəkinməli, Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə, ləyaqətlə və sülh yolu ilə qayıdışına şərait yaratmalı və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır.

Ermənistanın Qərbi Azərbaycan İcmasının fəaliyyətini özünün ərazi bütövlüyünə təhdid hesab etməsi yolverilməzdir. Bizim mübarizəmiz sırf insan hüquqları və öz dədə-baba yurdlarımıza qayıdış məsələsidir. Biz beynəlxalq ictimaiyyəti, sözügedən zəruri addımları atması üçün Ermənistana təzyiq göstərməyə çağırırıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Noyabr 2024 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see216

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see215

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see202

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see183

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see154

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see142

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see131

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see131

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see129

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see129

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see129

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see128

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see127

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see127

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see126

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see125

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see123

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri