Ermənistan sürətlə silahlanır: regionda təhlükə var Ceyhun Bayramov
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Avropa İttifaqından olan həmkarlar Azərbaycan-Ermənistan münasibətlərində ölkəmizin mövqeyini yaxşı bilirlər”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublukasının xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiya dəyişikliyinə getməsi, ATƏT-in Minsk qrupunun ləğvi məsələsini tələb edir. Ermənistanın sürətlə silahlanması təhdid mənbəyi kimi qalmaqdadır. Rəsmi İrəvanda revanşist meyillərin olduğu müşahidə edilir. 2 gün bundan öncə Ermənistan paytaxtında kütləvi yürüş zamanı Azərbaycan və Türkiyəyə qarşı səslənən qərəzli fikirlər, bayraqlarımızın yandırılması qəbuledilməzdir. Analoji addım dünən Fransada da baş verib. Həmin ölkələrdən gözləntilərimiz digər ölkələrin dövlət rəmzlərinə hörmətlə yanaşılması, bənzər addımların atılmasının qarşısının alınmasıdır”, – C.Bayramov qeyd edib.


