Icma.az
close
up
RU
Menu

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

Sumqayıt qatarı qəza törədib, ölən var

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

Onlardan söz qoparmaq qeyri mümkündür

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

Ermənistan Türkiyə: normallaşmaya start

Ermənistan Türkiyə: normallaşmaya start

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

32 ildən sonra 2 ölkə arasında sərhədin açılması gündəmə gəlib

Ankara ilə İrəvan arasında normallaşma prosesi çərçivəsində Türkiyə tərəfdən Ermənistanla normallaşma üzrə xüsusi nümayəndə Serdar Kılıç və Ermənistan parlament sədrinin müavini Ruben Rubinyan arasında İrəvanda baş tutan altıncı görüşün detalları açıqlanıb. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Hələ bu görüşə qədər Ermənistan Milli Məclisinin sədr müavini olan təmsilçi Ruben Rubinyan detallara toxunaraq, Qars–Gümrü dəmir yolunun bərpası üçün lazım olan texniki parametrlərlə bağlı müzakirələrin aparılacağını bildirmişdi.

Serdar Kılıç və Ruben Rubinyan bundan əvvəl də bir neçə dəfə görüşərək normallaşma prosesinin əsas istiqamətlərini müzakirə ediblər. Bu səfərin Ankara ilə İrəvan arasında dialoqun davamlı xarakter almasına və gələcəkdə konkret addımların atılmasına zəmin yaradacaq. Görüşdə xüsusi nümayəndələr Türkiyə ilə Ermənistan arasında tam normallaşma prosesini irəlilətmək məqsədilə əvvəlki görüşlərdə üzərində işlənmiş və razılaşdırılmış məsələləri təsdiqləyiblər. Bu çərçivədə 1 iyul 2022-ci il tarixində keçirilmiş görüşdə əldə edilmiş sərhəd keçidləri ilə bağlı razılaşmanın reallaşması məsələsində fikir mübadiləsi aparılıb və prosesin sürətləndirilməsi qərara alınıb. Xüsusi nümayəndələr Qars–Gümrü dəmir yolu və elektrik enerjisi əlaqələrinin bərpası üçün hər iki ölkənin aidiyyəti qurumlarının texniki işləri həyata keçirməsi barədə razılığa gəliblər. Mədəniyyət və akademik sahələrdə əməkdaşlığın gücləndirilməsi məqsədilə, xüsusilə ali təhsil tələbələri üçün təqaüd imkanlarının yaradılması və tarixi İpək Yolu (Ani) körpüsünün bərpası istiqamətində səylərin göstərilməsi qərara alınıb. Bundan başqa, 2026-cı ilin yayından etibarən müxtəlif istiqamətlərə uçuşların həyata keçirilməsi üçün zəruri hazırlıq işlərinin görülməsi və bununla da iki ölkə arasında hava nəqliyyatı və uçuş sayının artırılması məsələsində də razılığa gəlinib.

ARAYIŞ: Türkiyə 1991-ci ildə müstəqilliyini elan edən Ermənistanı ilk tanıyan dövlətlərdən biri olub. 1993-cü ildə Kəlbəcərin erməni silahlı qüvvələri tərəfindən işğalından sonra rəsmi Ankara Ermənistanla sərhədi birtərəfli qaydada bağladı. İndiyə qədər Ermənistanla heç bir diplomatik əlaqələr mövcud deyil. “Futbol diplomatiyası” kimi tarixə düşən Ermənistan–Türkiyə prezidentlərinin İrəvan və Bursa görüşlərindən sonra düşünmək olardı ki, iki ölkə arasında əlaqələr bərpa edilmək üzrədir. Amma 2009-cu ildə bu “diplomatiya”nın nəticəsi kimi imzalanan Sürix protokollarının ratifikasiya edilməməsi bu işi yarımçıq qoydu.

***

Sərhədlərin açılması dedikdə Ermənistan tərəfdən “Marqara”, Türkiyə tərəfdən isə “Alican” sərhəd-keçid məntəqələrinin açılması nəzərdə tutulur. Türkiyədə zəlzələdən sonra “Marqara–Alican” məntəqəsi qısa müddətə açılmış və Ermənistandan Türkiyəyə yardım göndərilmişdi. Diplomatik pasportu olan üçüncü ölkə vətəndaşlarının bu keçid məntəqəsindən istifadəsi üçün ilkin razılaşma var idi. Ermənistan Türkiyə ilə ilkin şərt olmadan əlaqələr qurmaq prosesini davam etdirir. Təbii ki, münasibətlərin qurulmasında Türkiyə də hər hansı şərt irəli sürmür. Amma unutmayaq ki, Türkiyənin Şərqi Anadolu vilayətlərinə Ermənistan konstitusiyasında iddialar hələ qalmaqdadır.

Bununla belə hər iki ölkədə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması məsələsinə münasibət birmənalı deyil. Erməni radikallar, Paşinyan hakimiyyətinə müxalif bəzi qüvvələr sərhədlərin açılmasına qarşı çıxış edirlər. Bəziləri sərhədlərin açılmasını hələ imzalanmayan Ermənistan–Azərbaycan sülh müqaviləsinə bağlayırlar. “Demokratik Alternativ” partiyasının sədri, politoloq Suren Surenyantsın fikrincə, Ermənistan–Azərbaycan sazişi imzalanmayana qədər heç bir irəliləyiş gözləmək olmaz: “Ermənistanla Azərbaycan arasında rəsmiləşdirilmiş sənəd, sülh müqaviləsi imzalanana qədər Türkiyənin Ermənistanla sərhədlərini açacağına və ya diplomatik əlaqələr quracağına dair heç bir əlamət görmürəm. Başqa sözlə, düşünürəm ki, onlar danışacaqlar, bəlkə keçmişdə əldə edilmiş, lakin hələ də icra olunmayan bəzi kiçik razılaşmalar həyata keçəcək, ya da qismən həyata keçirəcəklər. Ya da ola bilsin ki, onlar Ermənistanla münasibətlərdə deklarativ xarakter daşıyacaq ciddi dəyişiklikləri qeyd edəcəklər. İrəvanla Bakı arasında müqavilə imzalanana qədər…”.

Türkiyədə də bu məsələyə skeptik yanaşanlar var. Onlar sual edirlər: “Ermənistan gerbindən Ağrı dağın rəsmini çıxardımı? Qondarma “erməni soyqırımı” ideologiyasından geri durdumu? Ermənistan konstitusiyasında Türkiyəyə ərazi iddialarından əl çəkdimi? Bunlar olmadan İrəvanla anlaşmaya necə gedilir?”. Amma ümumiyyətlə, Türkiyə cəmiyyəti sülhün və sabitliyin bölgədə bərqərar olması üçün Ermənistanla qonşuluq münasibətlərinin qurulmasının tərəfdarıdır. Demokrat Partiyasının sözçüsü və İzmir millət vəkili Heydər Altıntaş TBMM-də keçirdiyi mətbuat konfransında “Haqlı olaraq bağladığımız qapıları açıb regional sülhə, qardaşlığa və firavanlığa töhfə vermənin vaxtıdır” deyib.

***

Bəs sərhədlərin açılması Ermənistana nə verəcək? Ermənistanda ən çox müzakirə olunan mövzu budur. Bəzi politoloqlar bu fikirdədirlər ki, sərhədlər açılarsa Türkiyə iqtisadiyyatı Ermənistan ekonomik sistemini özündən asılı vəziyyətə salacaq. Onlar Gürcüstanı örnək göstərirlər. Türkiyə–Ermənistan iqtisadi-ticari əlaqələrin hazırkı durumuna nəzər yetirməyimiz yerinə düşər. Bu günə qədər Türkiyə sərhədlərinin bağlı olması səbəbindən Ermənistan qonşu ölkə ilə birbaşa ticarət əlaqəsi yox idi. Gürcüstan vasitəsilə edilən ticarət əsasən birtərəflidir. Yəni Ermənistan Türkiyədən məhsul idxal edir, Türkiyəyə isə demək olar ki, ixrac yoxdur. Ekspertlər sərhədin açılması nəticəsində Ermənistanın bu ölkə ilə ticarəti ümumi ticarətin 1 faizdən (2021-ci ildə) 10 faizə yüksələcəyini proqnozlaşdırırlar. Sərhədin açılması Ermənistanda sənaye mallarının ixrac və idxalına töhfə verəcək və bu, onun iqtisadi maraqları ilə böyük ölçüdə üst-üstə düşür. İqtisadçılar bu fikirdədirlər ki, Türkiyə ilə sərhədlər açılsa, Ermənistan müəyyən nəfəslik əldə edəcək, iqtisadi inkişaf da bunun ardınca gələcək.

Belə fikir səsləndirənlər də var ki, Ermənistanın Türkiyə ilə ticarəti böyük potensiala malikdir. Hazırda Ermənistanın əsas ticarət tərəfdaşları Rusiya, Aİ və Çindir. 2017-2019-cu illərdə, COVID-19 böhranı və qadağadan əvvəl ticarətin həcmi təxminən 4 faiz idi. 2021-ci ildəki qadağadan əvvəl əsas idxal malları tekstil, geyim, maşın və avadanlıqlar və yanacaq idi. 2021-ci ildə Türkiyədən idxal 68 faiz azalaraq bütün növ mallara təsir etdi və yanacaq idxalı demək olar ki, tamamilə dayandı. Proqnozlaşdırılır ki, Türkiyə məhsullarının Ermənistan ticarətində payı 12 faiz olsun.

Ermənistanın Türkiyəyə potensial ixracı 185 milyon ABŞ dollarıdır. Bu, 2021-ci ildə Ermənistanın ixracının 6,7 faizinə bərabərdir. Ermənistandan Türkiyəyə potensial ixracın əsas çeşidinə kənd təsərrüfatı məhsulları, o cümlədən tütün məmulatları (siqaret), şüşə qablar, zərgərlik məmulatları və minerallar, xüsusilə də mis filizi daxildir. Türkiyəyə potensial ixracın strukturu Ermənistanın ümumi ixracat strukturuna bənzəyir, lakin metal və spirtli içkilərin payı daha azdır. Türkiyədən Ermənistana potensial idxalın həcmi 678 milyon ABŞ dolları təşkil edir ki, bu da 2021-ci ildə Ermənistanın idxalının 12,8 faizini təşkil edir. Əsas idxal malları maşın və avadanlıqlar, tekstil, geyim, həmçinin kimya sənayesi məhsulları, əsasən əczaçılıq məhsulları olacaq. Sərhədin açılması idxalın mövcud strukturunu dəyişəcək, istehsal vasitələrinin (maşın və avadanlıq) rolunu artıracaq. Kənd təsərrüfatı məhsullarının potensial idxalı orta səviyyədə qalacaq.

Sərhədlərin açılması təkcə iqtisadiyyata deyil, digər əlaqələrin qurulmasına şərait yaradacaq və bölgənin inkişafına təsir göstərəcək. Rubinyan–Kılıç müzakirələri bu əlaqələrin qurulmasında xüsusi rol oynayacaq.

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Sentyabr 2025 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see281

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see230

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see202

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see200

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see200

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see197

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see193

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see190

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see189

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see187

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see175

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see168

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see167

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see160

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see152

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see152

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see151

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see149

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see148

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri