Icma.az
close
up
RU
“Qan analizi Alysheymer riskini illər əvvəl üzə çıxara bilər“ Yeni tədqiqat

“Qan analizi Alysheymer riskini illər əvvəl üzə çıxara bilər“ Yeni tədqiqat

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Sadə qan testi beyindəki dəyişiklikləri simptomlardan çox əvvəl aşkarlaya bilər..."

Alimlərin yeni araşdırması göstərir ki, sadə qan analizi Altsheymer xəstəliyinin ilk əlamətləri ortaya çıxmadan illər əvvəl riskin müəyyən edilməsinə kömək edə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri yazıb.

Erkən aşkarlama istiqamətində yeni ümid

Kaliforniya Universitetinin San-Fransiskodakı tədqiqatçıları bildirirlər ki, Altsheymerlə əlaqəli bəzi zülallar qanda orta yaşlı, demensiyası olmayan insanlarda belə çox kiçik yaddaş və düşünmə fərqləri ilə bağlı ola bilər.

Altsheymer xəstəliyi demensiyanın ən geniş yayılmış formasıdır və beyinə zərər verən müxtəlif xəstəliklər və travmalar nəticəsində inkişaf edərək yaddaşın, düşünmə qabiliyyətinin və gündəlik funksiyaların tədricən zəifləməsinə səbəb olur. Hazırda tam müalicə mövcud olmasa da, bəzi dərmanlar simptomları yüngülləşdirə bilir. Buna görə də xəstəliyin mümkün qədər erkən mərhələdə aşkarlanması xüsusilə vacib hesab olunur.

Qandakı biomarkerlər və koqnitiv dəyişikliklər

Tədqiqat çərçivəsində 53-69 yaş arası 1350 nəfərin qan nümunələri analiz edilib. Alimlər əsas diqqəti Altsheymer xəstəliyinin əsas göstəriciləri sayılan iki zülala - amiloid və tauya yönəldiblər. Məlum olub ki, iştirakçıların təxminən 6 faizində bu iki zülalın yüksək səviyyəsi qeydə alınıb.

Onlarda demensiya olmasa da, informasiya dəyişikliklərinə daha yavaş reaksiya, planlama və diqqəti toplama kimi tapşırıqlarda çətinliklər müşahidə olunub. Beş il sonra aparılan təkrar testlər isə göstərib ki, bu qrupda söz yaddaşı və məlumat emalı sürəti digərlərinə nisbətən daha sürətlə zəifləyir.

Tədqiqatçılar qeyd edirlər ki, bu nəticələr Altsheymerlə bağlı dəyişikliklərin düşündüyümüzdən daha erkən başlaya biləcəyini göstərir və qan analizləri gələcəkdə risk qruplarını daha əvvəl aşkarlamaq üçün mühüm vasitəyə çevrilə bilər.

Mütəxəssis yanaşması və ehtiyatlılıq

Mütəxəssislər bu metodun perspektivli olduğunu desələr də, onun hələlik kütləvi skrininq üçün hazır olmadığını vurğulayırlar. Ehtiyat əsas səbəb ondan ibarətdir ki, belə testlər yanlış interpretasiya oluna bilər, yəni qanda bu zülalların aşkarlanması birbaşa Altsheymer diaqnozu demək deyil. Alimlərin fikrincə, bu testlər yalnız beyində gedən proseslər barədə siqnal verir və diaqnozun tam alternativi deyil. 

Bununla yanaşı, erkən aşkarlama vacib hesab olunur, çünki demensiya riskini artıran bir sıra amillər - fiziki aktivliyin azlığı, siqaret, depressiya, ürək-damar problemləri və aşağı zehni aktivlik kimi amillər dəyişdirilə bilər. Təxminlərə görə, belə dəyişdirilə bilən risk amillərinə təsir etməklə demensiya hallarının təxminən 40 faizini gecikdirmək və ya qarşısını almaq mümkün ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 İyun 2026 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri