Icma.az
close
up
RU
Ermənistan üzərində hərbi siyasi qələbəmiz əslində dünyanın şər qütbü üzərində zəfərdir

Ermənistan üzərində hərbi siyasi qələbəmiz əslində dünyanın şər qütbü üzərində zəfərdir

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Prezident İlham Əliyevin Ağdamda 2-ci yaşayış kompleksinin açılışında sakinlər qarşısında tarixi çıxışı Azərbaycanın postmünaqişə dövründə dayanıqlı sülh naminə qan yaddaşının qorunması istiqamətində konseptual yol xəritəsi hesab edilə bilər. Məlumdur ki, bu gün regionda sülh perspektivləri ehtiva edən cari situasiya birmənalı şəkildə İlham Əliyevin təşəbbüsləri üzərində qurulub və istər sərhədlərin delimitasiya və demarkasiyası, istər tranzit məhdudiyyətlərinin qarşılıqlı olaraq aradan qaldırılması və Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair Sazişin paraflanması fonunda danışıqlarda ciddi irəliləyişlərin əldə olunması məhz Azərbaycan Prezidentinin əsəri hesab olunmalıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi.

"Təəssüflər olsun ki, Ermənistan daxilində hələ də işğal və təcavüz eyforiyaları ilə yaşayan ayrı-ayrı imperialist dairələrin təşviqi ilə dayanıqlı sülhdə maraqlı olmayan qüvvələr mövcuddur və bu mənada, Azərbaycan Respublikası haqlı olaraq sülh təşəbbüsləri ilə yanaşı həm də sülhün dayanıqlılığının təmini üçün güc və imkanlarının daim artırılmasında qətiyyətlidir. Eyni zamanda ötən dövrün təcrübəsi, o cümlədən cari reallıq göstərməkdədir ki, Azərbaycan yalnız Ermənistan üzərində hərbi-siyasi qələbə qazanmayıb, İlham Əliyevin Ağdamdan da ifadə etdiyi kimi, bir çox güclər açıq formada ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirir və Ermənistanın cinayətkar davranışlarına ya göz yummaqla, ya da bu beynəlxalq hüquqa zidd əməlləri müdafiə etməklə münaqişənin 30 il davam etməsinə və ümumbəşəri fəlakətə çevrilməsinə rəvac veriblər", - deyə o vurğuladı.

Millət vəkili qeyd etdi ki, Azərbaycanın Ermənistan üzərində hərbi-siyasi qələbəsi əslində bütövlükdə dünyanın şər qütbü üzərində zəfəri hesab olunmalıdır və bu reallığın gənc nəslə düzgün kommunikasiyası Azərbaycanın zəfərinin nəticələrinin dayanıqlılığının həlledici amili hesab olunmalıdır:

"Vətən müharibəsi və antiterror tədbirlərindən sonrakı dövrdə prezidentin müəyyən etdiyi direktivlər əsasında aparılan iş, qan yaddaşının düşmənçilik niyyətləri ifadə etmədən sülhə xidmət edən məfhuma çevrilməsi istiqamətində real addımların atılması bu istiqamətdə dövlətimizin korrekt kursunun müəyyən edilə bildiyini göstərməkdədir. Prezidentin Ağdamdakı çıxışından da göründüyü kimi, Azərbaycan sülhə sədaqətini qorumaqla özünün qan yaddaşına, milli birliyinə, həmçinin artan hərbi-siyasi güc və imkanlarına regionda sülhün və dayanıqlı əməkdaşlığın qarantı kimi baxır".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Dekabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri