Icma.az
close
up
RU
Ermənistan Vaşinqton razılaşmasına görə İlham Əliyevə heykəl ucaltmalıdır

Ermənistan Vaşinqton razılaşmasına görə İlham Əliyevə heykəl ucaltmalıdır

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

"Biz başında böyük güclərin durduğu, lokal təsir bağışlasa da, əslində qlobal xarakter daşıyan, yeni dünya düzəninə hədəflənən toqquşmaların daha da kəskinləşdiyi və artıq nəticəyönümlü addımların atılmağa başlanıldığı bir dönəmdəyik".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən xüsusi sessiyasında deputat Sahib Alıyev deyib.

O qeyd edib ki, Azərbaycanla Ermənistanın sülhlə bağlı razılığa gəlmələri bütövlükdə region üçün mühüm təşəbbüsdür:

"Belə bir vaxtda Azərbaycanla Ermənistanın sülhlə bağlı razılığa gəlmələrini, olayın cənab Prezidentin təbirincə desək, "dünyanın bir nömrəli ofisi”ndə baş verməsi təkcə iki ölkənin yox, bütövlükdə regionun, burada yaşayan bütün xalqların maraqları baxımından mühüm addım olaraq dəyərləndirirəm. Bu, əslində yeni dünya arxitekturasında Şimali Qafqazın yerinin müəyyənləşməsindən və Ermənistan ona verilən tarixi fürsəti düzgün qiymətləndirsə, o ölkənin də Suriyalaşmaq, kimlərinsə əlində plasdarma çevrilmək təhlükəsindən birdəfəlik qurtulacağından xəbər verir. Maraqları toqquşan güclərə burada əməkdaşlıqdan başqa ayrı yol buraxılmır. Görünür ki, elə də olacaq".

Deputat bildirib ki, Ermənistan Vaşinqton razılaşmasına görə İlham Əliyevə heykəl ucaltmalıdır:

"Baxın, Vaşinqton danışıqlarından hardasa 3 həftə sonra Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri ŞƏT-in Çindəki Zirvəsinə qatılaraq orada da sülhlə bağlı nikbin fikirlər səsləndirdilər. Hər iki ölkənin birinci xanımlarının birgə şəkil çəkdirib paylaşmaları isə, fikrimcə, təkcə dövlətlər yox, cəmiyyətlər arasında da barışa çağırış idi. ABŞ-də start verilən proses Cində bir az da irəli aparılır. Cənab İlham Əliyevlə Çin liderinin görüşündə Si Cinpinin Azərbaycanla Ermənistan arasındakı birbaşa dialoqu və dövlətimizin yeritdiyi suveren siyasəti dəstəklədiyini bildirməsi, orada Trans-Xəzər marşurutunun ölkəsi üçün önəmliliyinin vurğulanması rəsmi Pekinin Vaşinqtonda baş verənlərə ikitərəfli format çərçivəsində aparılan danışıqların nəticəsi olaraq yanaşdığını göstərdi.

Sonda bir daha vurğulayım ki, Vaşinqton razılaşması bütövlükdə regionun subyektliyinin təmininə yönəlik mühüm addım və Ermənistanın da müstəqil dövlət kimi çıxış etməsi, 300 ildir ki, onlardan geosiyasi alət olaraq faydalananların caynağından qurtulmaları üçün yaradılmış şansdır. Onlar bu şansı düzgün dəyərləndirməli, Müzəffər Ali Baş Komandan, Diplomat cənab İlham Əliyevə minnətdar olmalı, hətta heykəl ucaltmalıdırlar!".

Mikayıl Mirzəzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 09 Sentyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri