Vyanada Ermənistan və Azərbaycan arasında Vaşinqton razılaşmasına həsr edilmiş seminar keçirilib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Bu gün Vyana şəhərində Avstriya Milli Müdafiə Akademiyasında “İnternational Center for European Union Research”ün (Avropa İttifaqı Araşdırmaları üzrə Beynəlxalq Mərkəz) təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan danışıqları: Sülh Yolunda necə hərəkət etməli” mövzusunda seminar keçirilib.
APA-nın xəbərinə görə, seminarın iştirakçıları Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev və Ermənistanda müxalifətdə olan “İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyan olub.
Razi Nurullayev APA-ya açıqlamasında deyib ki, seminar 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton razılaşmasından sonra Ermənistan və Azərbaycan arasındakı münasibətlərin inkişafının təhlilinə həsr olunub. Seminarın əsas məqsədi həmin razılaşmanın regional sabitliyə təsirini və TRIPP çərçivəsinin davamlı sülh mexanizmi kimi praktik imkanlarını qiymətləndirmək olub. İştirakçılar bu proseslərin 2026-cı il seçkiləri ərəfəsində Ermənistanda daxili siyasi mənzərəyə təsirini və Azərbaycanın post-münaqişə dövründə öz mövqeyini necə formalaşdırdığını müzakirə ediblər: Mən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında müəyyən inam yarandığını qeyd etdim. Vaşinqton görüşündə biz demək olar ki, sülhü əldə etmişik. Belə şəraitdə Ermənistan müxalifəti suyu bulandırmalı, Nikol Paşinyanın hər addımını “düşmən fəaliyyəti” kimi görməli deyil. Ermənistan müxalifəti də xalqlar, dövlətlər və region naminə artıq paraflanan sülh müqaviləsinin tam imzalanmasına çalışmalıdır”.
Razi Nurullayev qeyd edib ki, seminarda iştirak edən Ermənistan tərəfi iddia edib ki, TRİPP layihəsindən Azərbaycan qazansa da, Ermənistan heç nə qazanmayacaq: “Ortaya qoyulan mövqe belə oldu ki, Ermənistan müxalifəti Paşinyanın güzəştə getdiyini düşünür, amma yenidən müharibənin başlamasını istəmir. Görüşdə Rusiya və İranın əldə olunan sülhə təsirləri də müzakirə olundu”.
Deputat danışıqların davam etdiriləcəyi ilə bağlı razılığa gəldiklərini diqqətə çatdırıb: “Xalqlar arasında barış yaradılması üçün işlər görülməlidir. Bu gün Azərbaycan mediasında Ermənistana qarşı mənfi rəylər yer almasa da, i Ermənistan mediasında bunun əksini görürük. Ümumiyyətlə, Azərbaycanın və Azərbaycan rəhbərliyinin atdığı addımlar müsbət qiymətləndirilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 28 Oktyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















