Ermənistan və İran regional əməkdaşlığı müzakirə etdi
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan İranın İrəvana yeni təyin olunmuş fövqəladə və tamsəlahiyyətli səfiri Xəlil Şirqolamini qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, görüşün əvvəlində Mqer Qriqoryan səfiri yeni vəzifəsi münasibətilə təbrik edərək, ona diplomatik missiyasında uğurlar arzulayıb. Baş nazirin müavini vurğulayıb ki, Ermənistan üçün qonşu və dost İran ilə münasibətlərin davamlı inkişafı strateji prioritet daşıyır.
Görüş zamanı tərəflər iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası Müştərək Komissiyanın işini xüsusi qeyd edərək, iqtisadi layihələrin icrası üçün bu platformanın əhəmiyyətini önə çəkiblər. Müzakirələrdə həmçinin regional inkişaf proseslərinə, təhlükəsizlik məsələlərinə və nəqliyyat kommunikasiyalarının genişləndirilməsi perspektivlərinə toxunulub.
Xəlil Şirqolami öz növbəsində İranın Ermənistanla ikitərəfli əlaqələri bütün istiqamətlərdə dərinləşdirməkdə maraqlı olduğunu ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 06 Fevral 2026 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















