Ermənistan və İran yük maşınlarının keçidini sadələşdirir
Icma.az, Axar.az saytına istinadən bildirir.
Ermənistan və İran arasında “Sadələşdirilmiş gömrük dəhlizi” rejiminin yaradılması planlaşdırılır.
Axar.az xəbər verir ki, müvafiq protokol layihəsi Ermənistan hökumətinin iclasında təsdiqlənib. Layihə İran tərəfinin təşəbbüsü ilə hazırlanıb.
Razılaşmaya əsasən, bir ölkənin gömrük orqanları qonşu ölkəyə göndərilən yüklər və göndərənlər barədə elektron məlumatları qarşı tərəfə təqdim edəcək. Bundan sonra yük qəbul edən ölkənin gömrük orqanları tərəfindən sadələşdirilmiş qaydada yoxlanılacaq.
Bildirilib ki, bu rejim gömrük qanunvericiliyinin pozulması baxımından risk yaratmayan və etibarlı hesab edilən şirkətlərə tətbiq olunacaq. Sadələşdirilmiş yoxlama şəxsi avtomobillər istisna olmaqla, bütün nəqliyyat vasitələri üçün nəzərdə tutulur. Yeni sistem yük rəsmiləşdirilməsinə sərf olunan vaxtı azaltmaqla yanaşı, yük maşınlarının sərhəddən keçidini də sürətləndirəcək.
Ermənistan-İran sərhədindəki Mehri keçid məntəqəsinin əsaslı şəkildə yenidən qurulması başa çatdıqdan sonra yeni rejimin tətbiqinə başlanılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 03 Sentyabr 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















