Ermənistan və İranın ədliyyə nazirləri Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə ediblər
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın ədliyyə naziri Srbui Qalyan iranlı həmkarı Əmin Hüseyn Rəhiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.
Qalyan iki ölkə arasında səmərəli əməkdaşlığı yüksək qiymətləndirib. Rəhimi, öz növbəsində İran və Ermənistan ədliyyə nazirlikləri arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Regional gündəliyin müzakirəsi kontekstində İranın ədliyyə naziri qeyd edib ki, Tehran Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesini dəstəkləyir.
Tərəflər, həmçinin Ermənistan Ədliyyə Nazirliyi ilə İran Ədliyyə Nazirliyi arasında texniki əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 24 Sentyabr 2025 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















