Icma.az
close
up
RU
Статья не опубликована
Ermənistan yalnız delimitasiya olunan zonalarda üçüncü tərəfin qüvvələrin çıxarılmasının tərəfdarıdır

Ermənistan yalnız delimitasiya olunan zonalarda üçüncü tərəfin qüvvələrin çıxarılmasının tərəfdarıdır

Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.

“Ermənistan Baş naziri Nikol Paşinyanın Bakının narazılığını nəzərə alaraq Aİ missiyasının sərhəddən çəkilməsi ilə bağlı qərar verəcəyi haqqında iddialar var. Lakin hələlik bununla bağlı rəsmi açıqlama olmayıb. Belə ki, məlumata görə, İrəvan Qərb və Bakı arasında ortaq nöqtə tapmaq istəyir”.

“Ermənistanın atacağı addımları sözsüz ki, dəqiq proqnozlaşdırmaq olmur. Çünki biz bilirik ki, əvvəllər də Paşinyan dəfələrlə bir şey deyib, başqa cür hərəkət etmişdir. Yəni dedikləri ilə əməlləri üst üstə düşmədiyi hallar çox olub. Lakin Paşinyan müsahibə verdi və qeyd etdi ki, Azərbaycan tərəfinə bir ay əvvəl təklif verilib ki, delimitasiya olunan zonalardan üçüncü tərəfin qüvvələri çıxarılsın, digər zonalarda amma qalmağa davam etsin. Bu mövqedən aydın olur ki, Ermənistan yalnız delimitasiya olunan zonalarda üçüncü tərəfin qüvvələrin çıxarılmasının tərəfdarıdır. Nəzərə alsaq ki, sərhədlərin tam delimitasiyası müəyyən zaman alacaq, hətta bu illər ala bilər”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Siyasi şərhçi qeyd edib ki, o zaman müşahidə missiyasının mandatının artırılması ehtimalı böyükdür.

“Digər tərəfdən də “Qraparak” qəzeti yazırdı ki, Paşinyan başqa bir addım ata, güzəşt edə bilər. O baxımdan ki, müşahidə missiyasının patrul xidməti şərti sərhəddə baş vermir. Yəni missiya nümayəndələri şərti sərhəddən çəkilirlər. İrəvanda və Cermuxdakı ofislərdə yerləşirlər və oradan şərti sərhədə nəzarət edirlər. Belə bir variant da var. Eyni zamanda da başqa bir variant da bu ola bilər ki, fevraldakı mandat artırılır. Lakin misal üçün bir neçə aylıq artırılır və Ermənistanın bunda məqsədi ondan ibarətdir ki, Azərbaycanın hansı addımlar atacağını görərək ona uyğun hərəkət etməsidir. Azərbaycanla Ermənistan arasında razılaşmanın razılaşma olub-olmayacağına görə müəyyənləşdirsin. Nümayəndə heyətinin missiya mandatı uzadılsın ya yox. Yəni ilkin olaraq bir neçə ay uzadıla bilər. Əgər sonra Azərbaycan- Ermənistan arasında normallaşma sürətlə gedərsə, ümumiyyətlə tələb edə bilər ki, mandat daha uzadılmasın. Yaxud da ki, münasibətlərdə problem yaranarsa, istəyə bilər ki, mandat daha da uzadılsın”.

Rəfiqə NAMAZƏLİYEVA

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 24 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see286

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see166

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see124

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri