Icma.az
close
up
RU
Ermənistan həqiqi sülh istəyirsə, ərazisində üçüncü qüvvələrin iştirakını dayandırmalıdır Deputat

Ermənistan həqiqi sülh istəyirsə, ərazisində üçüncü qüvvələrin iştirakını dayandırmalıdır Deputat

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) Ermənistandakı mülki missiyasının müddətini daha iki il uzadıb. Bununla paralel olaraq Ermənistan Fransa, ABŞ kimi ölkələr tərəfindən silahlandırılır. Bütün bunlar isə onu deməyə əsas verir ki, rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsini ən azından 2027-ci ilin yanvar ayına kimi, yəni Aİ missiyasının Ermənistanda olduğu müddətə qədər imzalamaq niyyətində deyil. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Vüqar İskəndərov Ermənistanın sülh müqaviləsi imzalamaqdan qaçdığını, özünü sülh carçısı kimi göstərməyə çalışsa da, əməlində heç bir dəyişiklik olmadığını bildirdi. Onun sözlərinə görə, Ermənistan yaradıldığı gündən bu zamana qədər özünün işğalçılıq mahiyyətini gizlədə bilmir:

"30 ilə yaxın qonşusu olan Azərbaycan torpaqlarının 20 faizini işğalda saxladı, Azərbaycan insanına qarşı soyqırım törətdi, tarixi, mədəniyyət abidələrini dağıtdı, kultrasid, urbasid, ekosid, demək olar ki, bütün bəşəri cinayətlərin hər birini Azərbaycana qarşı törətdi. 2020-ci il Vətən müharibəsindəki Azərbaycanın şanlı qələbəsi bu məsələlərə son qoydu və artıq Azərbaycan tam suveren ərazisini bərpa etdi. Yalnız Ermənistan yox, bir növ özündən razı dünya erməniliyinin bel sütununu sındırdı və onlara bir daha göstərdi ki, Azərbaycanın gücünün qarşısında, Ali Baş Komandanın qətiyyətinin, ağlının, zəkasının, ordusunun, qəhrəmanlığının, xalqın birliyinin qarşısında heç nə dura bilməz və bu, sözün əsl mənasında qəhrəmanlıq dastanına çevrildi. Bu gün həmin qələbənin sayəsində Azərbaycan insanına dünyanın ən qürurlu insanı desək, yanılmarıq. Təəssüflər olsun ki, artıq Azərbaycanın qələbəsindən dörd il vaxt keçməsinə baxmayaraq, Azərbaycan sülh müqaviləsi imzalanması üçün müraciət etməsinə baxmayaraq hələ də bu və ya digər formada Ermənistan müqaviləni imzalamaqdan qaçır, sözdə sülhdən danışır, bütün dünyaya özünü sülh carçısı kimi göstərmək istəyir, amma əməlini gizlədə bilmir. Paralel olaraq sürətlə silahlanır və bu silahların böyük əksəriyyəti öldürücüdür, uzaq mənzilli raketlərdir. Bu isə bu dövlətin hələ də mahiyyətində saydığımız tendensiyaların olduğunu göstərir".

Deputat vurğuladı ki, Ermənistan ərazisindəki xarici hərbi qüvvələr bölgədə sülhün təmin olunmasına mane olur və sülh müqaviləsinin imzalanması üçün onların oradan çıxarılması vacibdir.

"Digər məsələ ərazisini plastarma çevirməyi öyrənən bu ölkənin ərazisində Rusiyanın hərbi bazası, Fransa əsgərləri, Müdafiə Nazirliyində ABŞ-də olan nümayəndələr və Avropa İttifaqının təxribatçı missiyası ki, onlar hal-hazırda orada məskunlaşıblar. Təəssüflər olsun ki, bu missiyanın müddətini iki il də uzadıblar. Sülh müqaviləsinin imzalanması üçün onların orada olmaması şərtdir. Çünki yalnız bu təxribatçı keçmiş və indiki kəşfiyyatçılar, təqaüdə çıxmış agentlər qrupu orada olmaqla iki ölkənin arasında münasibətlərin normallaşmasına mane olurlar. Onlara ilhamverici qüvvə, Fransa və Avropa İttifaqı və bir çox maraqlı olan qüvvələr hələ də Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmaması üçün dəridən-qabıqdan çıxmaqdadırlar. Avropa İttifaqının mülki missiyası Ermənistanda fəaliyyətini uzatmaqla bir daha öz təxribatçı mahiyyətini ortaya qoydu və açıq aydın bu, o deməkdir ki, onlar bölgədə sülhün əldə olunmasını istəmirlər. Bununla Ermənistana ən böyük pislik edilir. Ermənistan buna razı olmaqla, onları ərazisində saxlamaqla kövrək olan sülhə ciddi mane olduğunu bir daha göstərir. Ona görə də biz Ermənistan hakimiyyətinin sülhdən danışaraq müharibəyə hazırlaşdığını görürük və bunun üçün də təbii ki, Azərbaycan Prezidenti də bunu xəbərdarlığını edib. Ermənistan bütün bunlardan nəticə çıxarmalıdır. Əgər həqiqi sülh istəyirsə, qoyulan şərtlərə əməl etməli və artıq öz ərazisində üçüncü qüvvələrin iştirakını dayandırmalı, Azərbaycanla real səmimi müzakirələrə başlamalıdır", - deyə V.İskəndərov vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Fevral 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri