Icma.az
close
up
RU
Avropa Rusya aktivlərini müsadirə etməkdən niyə çəkinir?

Avropa Rusya aktivlərini müsadirə etməkdən niyə çəkinir?

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Avropa Rusiyanın xarici aktivlərinin müsadirə edilməsi ilə bağlı kəskin seçimlərlə qarşı-qarşıyadır.

Bakupost.az "Reuters"ə istinadən bildirir ki, qlobal iqtisadiyyatda sürətlə dəyişən vəziyyət, avronun rezerv valyutası statusuna artan təzyiqlər dondurulmuş Rusiya əmlakını müsadirə etməyi düşünən Avropa paytaxtlarının qarşılaşdıqları çətinlikləri artırır.

Lakin Avropa Ukraniyanı maliyyələşdirmək üçün daha təcili addımlar atmaq məcburiyyətindədir. Çünki ABŞ Prezidenti Donald Tramp Ukraynaya dəstəyini kəsərək, əvəzində Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar aparır.

Bu vəziyyət diqqəti Putinin üç il əvvəl qoşunlarını Ukraynaya göndərməsindən sonra Qərbin dondurduğu təxminən 300 milyard dollar dəyərində Rusiya Mərkəzi Bankının əmlakına yönəldir. Həmin vəsaitin əksər hissəsi Avropada saxlanılır və əsasən, hökumət istiqrazları şəklindədir. Bu istiqrazların gəlirləri də Ukraynanın kreditlərini təmin etmək üçün istifadə olunur.

Həmin aktivləri birbaşa müsadirə etmək çox cəlbedici olsa da, belə hərəkətlərin uzun və hüquqi baxımdan mürəkkəb bir tarixi var. Bu addım Avropada əmlaklarını saxlamaq istəyən digər mərkəzi bankları qorxuda bilər.

Avropa iqtisadçıları qeyd edirlər ki, buna dair nümunə 1918-ci ildə Sovet İttifaqının Rumıniyanın Milli Bankı tərəfindən Moskvaya göndərilən qızılı müsadirə etməsidir.

Lakin Avropalı rəsmilər, suveren əmlakların hüquqi təminatlarını pozmaqdan çəkinirlər.

"Bu, Avropa Mərkəzi Bankının(AMB) müzakirə edəcəyi bir məsələ deyil, amma mən mütləq deyərdim ki, hansı beynəlxalq hüquq əsasında qərar vermək digər investorlar üçün vacib olacaq", - deyə AMB prezidenti Kristin Laqard keçən həftə bildirib.

Son qərar AMB-yə deyil, onun siyasi rəhbərləri olan Berlin, Paris və digər 18 Avropa ölkəsinə aiddir. Lakin onlar Laqardın arqumentini diqqətlə nəzrədən keçirəcəklər.

"İndi heç kim sistemimizi zəiflədəcək bir şey etmək istəmir. Çünki bizim sistemimiz başqa yerlərdə də ticarət, gömrük, rüsum siyasətləri ilə geniş şəkildə hücuma məruz qalır", - Fransanın Müdafiə naziri Sebastiyan Lekornu keçən həftə Trampın Avropa ixracatlarına yeni yüksək rüsumlar tətbiq etmək təhdidinə cavab olaraq bildirib.

Ötən cümə axşamı Avropa müdafiə xərclərini artırmaqla bağlı keçirilən sammitdə iştirakçılar Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı heç bir qərar qəbul edilmədiyini bildirdilər. Bir Aİ diplomatı bildirib ki, Almaniya, Fransa və Belçika aktivlərin ələ keçirilməsi ideyasına qarşı olduqlarını yenidən təsdiqləyib.

Lakin Virciniya Universitetinin suveren borc hüququ üzrə mütəxəssisi Mitu Qulati, Trampın Ukrayna ilə bağlı ABŞ siyasətini dəyişdirməsinin avropalıları "altı ay əvvəl etməyə hazır olmadıqları şeyləri indi etməyə məcbur etdiyini" deyib.

Adını açıqlamayan bir avrozona bankiri isə müsadirə məsələsini nəzərə almaq üçün siyasi təzyiqlərin artdığı fikrini qəbul edib.

"AMB-nin məsləhəti dəyişməyəcək. Amma bu, siyasətçiləri dəyişdirməyə bilər. Ukrayna üçün tələb olunan məbləğ çox artdı və bu, həmin aktivləri daha cəlbedici edir".

Amin Rzayev, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Mart 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri