Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Hikmət Babaoğlu: Rusiya Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməkdən çəkinir

Hikmət Babaoğlu: Rusiya Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməkdən çəkinir

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Rusiyanın son dövrlərdə Azərbaycana qarşı nümayiş etdirdiyi mövqe nə siyasi məntiq, nə də qonşuluq münasibətləri ilə izah oluna biləcək hadisədir. Belə olan halda, bunu yalnız Rusiyanın imperialist mövqeyi ilə izah etmək mümkündür. Çox təəssüf ki, Rusiya hələ də Azərbaycanı bərabərhüquqlu, müstəqil aktor kimi qəbul etmir, onun milli iradəsini tanımaq istəmir, eləcə də Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməkdən çəkinir".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

O deyib ki, Azərbaycan Rusiyadan fərqli olaraq münasibətlərdə adekvat tərəfdaşlıq modeli qurub:

"Ölkəmiz Rusiyanı həm qonşu, həm də 2022-ci il fevralın 22-də imzalanmış Moskva Bəyannaməsinə uyğun olaraq, hüquqi-siyasi tərəfdaş kimi qəbul edir. Moskva isə bütün bunları nəzərə almadan Azərbaycana qarşı aqressiv münasibət və davranış sərgiləyir: Azərbaycanın təyyarəsini vurur, bunu etiraf etmir, azərbaycanlılara qarşı zorakılıq tətbiq edir və bunu "hüquq" adı altında əsaslandırmağa çalışır.

Bununla da kifayətlənməyən Rusiya Azərbaycanın üçüncü ölkələrlə münasibətlərinə də müdaxilə edir. Məsələn, Azərbaycan-Ukrayna əlaqələrində atılan qarşılıqlı tərəfdaşlıq və humanitar addımlar Rusiya tərəfindən mənfi qarşılanır".

H.Babaoğlunun sözlərinə görə, bütün bunlar böyük dövlət davranışı deyil, birbaşa aqressiyadır:

"Rusiya anlamalıdır ki, Azərbaycan milli maraqlarından çıxış edir və digər dövlətlərlə münasibətlərində heç bir ölkəyə hesabat vermək məcburiyyətində deyil. Azərbaycanın müstəqillik əldə etməsindən sonra 30 il ərzində ərazilərinin işğal altında qalması, Xocalı soyqırımı, torpaqlarımızın uzun müddət azad edilməməsi birbaşa Rusiyanın hərbi-siyasi qərarları və fəaliyyətləri ilə bağlıdır".

H.Babaoğlu qeyd edib ki, biz beynəlxalq hüquqa əsaslanaraq öz maraqlarımızı təmin edirik, Qafqazda Azərbaycana təzyiq mexanizmlərini itirmiş Rusiya isə belə cəhdlərlə yalnız vəziyyətini çətinləşdirir:

"Halbuki Moskva Bəyannaməsində hər iki tərəf öhdəlik götürüb ki, bir-birinə qarşı bərabərhüquqlu tərəfdaş kimi davranacaq və daxili işlərinə qarışmayacaq. Rusiya bu gün Ukrayna ilə müharibə aparır, Azərbaycan isə humanist dəyərlərə və beynəlxalq hüquqa əsaslanaraq müharibənin yaratdığı humanitar böhranı aradan qaldırmaq üçün tədbirlər görür. Biz Ukraynanın enerji sektorunun bərpasına və insanların humanitar məsələlərdən faydalanmasına yönəlmiş addımlar atırıq, lakin Rusiya bu niyyətlərimizi belə hədəfə alır. Bu isə böyük dövlətə yaraşmayan davranışdır və nəticədə Rusiyanın beynəlxalq münasibətlər sistemində təcrid olunmasına gətirib çıxarır.

Rusiya bu gün əksər ölkələri düşmən kimi görür, postsovet məkanında nüfuzu azalır, dünyada isə atdığı addımlar ona daha çox düşmən qazandırır. Bu vəziyyətin həm də tarixi kökləri var: əgər Rusiya-Azərbaycan münasibətlərinə tarixi kontekstdən baxsaq, görərik ki, bunun kökü 1828-ci ilə - Azərbaycanın parçalanmasına gedib çıxır. Bu gün 50 milyonluq xalqın hələ də birləşə bilməməsi, xanlıqlarımızın bir-bir işğalı, o cümlədən İrəvan xanlığının ələ keçirilməsi birbaşa çar Rusiyasının siyasətinin nəticəsidir. Sovet dövründə Azərbaycan torpaqlarının bölünməsi və Qarabağ probleminin yaradılması da Rusiyanın fəaliyyəti ilə bağlıdır. Müstəqillik əldə etdikdən sonra ərazilərimizin 20 faizinin işğal altında qalması, 44 günlük Vətən müharibəsində zəfərin tam təmin olunmaması da Rusiyanın təsiri ilə baş verib.

Nəhayət, Rusiya, Fransa və digər güc mərkəzlərinin təzyiqlərinə baxmayaraq, bizə qarşı edilmiş ədalətsizliyin bir qismini bərpa etmişik. Rusiya və digər qonşu ölkələr bu reallığı qəbul etməlidirlər. Bu gerçəklik nə qədər tez dərk edilərsə, Rusiya-Azərbaycan münasibətləri də bir o qədər tez normallaşa bilər. Bu isə indiki tarixi mərhələdə həm Azərbaycanın, həm də Rusiyanın mənafeyinə uyğun olacaq", - deyə Hikmət Babaoğlu fikirlərini yekunlaşdırıb.

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Avqust 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see259

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see153

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see138

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see137

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri