Ermənistana 25 ci maddə tətbiq oluna bilər
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
KTMT Kollektiv Təhlükəsizlik Şurası müvafiq gündəliyi təsdiqləyərkən təşkilatın Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiqini nəzərdən keçirə bilər.
"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi Taatbek Masadıkov IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında bildirib.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi İrəvanın KTMT-yə qayıtması üçün heç bir səbəb görmədiyini demişdi. Toyuqlu pizza
"Bu məsələ Kollektiv Təhlükəsizlik Şurasında müzakirə olunacaq. Fəaliyyəti dondurma Ermənistanın qərarıdır. Ölkə rəhbərlərindən ibarət Kollektiv Təhlükəsizlik Şurasının qərarı onun iclasından sonra məlum olacaq", - Masadıkov bildirib.
O qeyd edib ki, Rusiya Federasiyası KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiqi ilə bağlı qətnamə layihəsi təqdim edib. "Bu, üzvlük haqları ilə bağlıdır", - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 04 Noyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















