Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Ermənistana əsən “USAID küləyi” kəsildi

Ermənistana əsən “USAID küləyi” kəsildi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Erməni təşkilatları çaşqınlıq içindədir, çünki ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaitləri ilə həyata keçirilməli olan çoxsaylı proqramların gələcəyi sual altına düşüb. Ağ evin USAID-in demək olar ki, bütün xarici yardımlarını 90 gün müddətinə dondurmaq qərarı erməni mediasına, ictimai təşkilatlara və vətəndaş sektoruna ciddi təsir edib. USAID bağlandıqdan sonra rəsmi İrəvanın bu və digər proqramları davam etdirmək üçün vəsait tapmalı olacağı vurğulanır. Amma qalmaqallı qurumun hayları əvvəlkitək hərtərəfli “qayğı” ilə əhatə edəcəyi gözlənilmir.

113 ölkədə 63 ildən çox fəaliyyət göstərən USAID, demək olar ki, bağlanıb. ABŞ prezidenti Donald Tramp artıq milyardlarla xarici yardımı dayandırıb. Agentliyin təhlükəsizlik üzrə direktoru, onun müavini və USAID-in 60 digər əməkdaşı inzibati məzuniyyətə buraxılıb, qurumun mindən çox əməkdaşı və podratçısı işdən çıxarılıb və ya evlərinə göndərilib. USAID-in layiq olduğu münasibətlə qarşılaşması Ermənistanı da məyus edib. Çünki qurumun diqqət göstərdiyi ölkələrdən biri də Ermənistan idi, haylartəşkilatdan xeyli vəsait alırdılar. Xatırladaq ki, USAID-in Ermənistana yaxından diqqəti 2018-ci ildə “məxməri inqilab”dan və Nikol Paşinyanın Qərbyönümlü komandasının hakimiyyətə gəlməsindən sonra başlayıb. 2024-cü ildə rəsmi İrəvan ilə ABŞ və Avropa İttifaqı (Aİ) ölkələri arasında dostluğun möhkəmlənməsi fonunda USAID-in maliyyələşdirilməsi 250 milyon dollara çatıb. Təşkilat Ermənistanda 1992-ci ildən fəaliyyət göstərsə də, dövlət qurumları ilə birbaşa əlaqələrin qurulması 2013-cü ilə təsadüf edir.

USAID və Ermənistan arasında əlaqələr texniki yardım proqramları, dil kursları və təhsil proqramları ilə başlayıb. Daha sonra ABŞ qurumu sevdiyi mövzuları gündəmə gətirmişdi - “demokratiyanın inkişafı” və “insan hüquqlarının təmini və qorunması” və s. Bu müddət ərzində USAID maraqlarını müdafiə edən “məzunlar” yetişdirib və onların vasitəsilə Ermənistanın xarici siyasət prioritetlərinə müəyyən mənada təsir göstərib. Qeyd edək ki, 2024-cü il aprelin 5-də ABŞ-Aİ-Ermənistan formatının Brüsseldə keçirilən yüksək səviyyəli görüşündən sonra USAID Ermənistandakı fəaliyyət sahələrini təqdim edən press-reliz dərc etmişdi. Agentlik 1992-ci ildən bəri ABŞ-ın Ermənistana təxminən 3,3 milyard dollar yardım etdiyini xatırlatmışdı.

2018-ci ildə Ermənistanda “məxməri inqilab”dan həvəslənən USAID haylara daha çox pul ayırmağa başlamışdı. Məsələn, 2023-cü ildə təşkilat İrəvanda 20 milyon dollar dəyərində beş illik proqrama start vermiş və həmin il USAID-in direktoru Samanta Pauer Ermənistana enerji sektorunu inkişaf etdirməyə kömək edəcəyini bildirmişdi. USAID-in “narahatlığı” aydın idi, təşkilat Ermənistanın enerji məsələsində Rusiyadan asılılığını azaltmaq istəyirdi. Artıq 2024-cü ilin fevralında qurum “Ermənistanda enerji sektorunun təhlükəsizliyini təmin etmək üçün uzunmüddətli proqrama əlavə maliyyə ayrılacağını” elan etmişdi. 2024-cü ilin mart ayının sonunda USAID Ermənistanın “enerji təhlükəsizliyi” mövzusunda növbəti iclas keçirmişdi. Bundan sonra yeni proqramlar üçün ayrılan vəsaitin 40 faizi (8,6 milyon dollar) “Ermənistanın enerji təhlükəsizliyinin gücləndirilməsi”nə yönəldilmişdi.

USAID Bürosunun Avropa və Avrasiya üzrə direktoru Erin Makki İrəvanı ABŞ-ın dinc nüvə enerjisi sahəsində əməkdaşlıq layihələri üçün mühüm tərəfdaş adlandırmışdı. Bütün bunların fonunda ABŞ-ın Ermənistana modul stansiyaları yerləşdirməyə “kömək etməyə” hazır olduğu barədə söhbətlər gedirdi. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə hətta Ermənistanla ABŞ arasında yeni atom elektrik stansiyasının tikintisi üzrə danışıqların substantiv fazaya keçdiyini bəyan etmişdi. Məqsəd aydın idi: Qərb texnologiyalarından istifadə etməklə yeni enerji blokunun tikintisi təkcə Ermənistanı elektrik enerjisi ilə təmin etməyəcək, həm də İrəvanın enerji məsələsində Rusiyadan asılılığını azaldacaq.

USAID hayların təkcə enerji sahəsində “müstəqil” olmalarının qayğısına qalmırdı. Qurum həm də Ermənistanda Qərbin “mənəvi dəyərləri”nin də güclənməsinə çalışırdı. Belə ki, USAID-in Ermənistandakı fəaliyyətlərə dair hesabatında bir çox proqramlar arasında LGBT icması üzvlərinin hüquqlarının təşviqi də qeyd olunur. USAID Ermənistandakı QHT-yə 2019-cu ilin sentyabrından 2022-ci ilin sentyabrınadək 1,1 milyon ABŞ dolları ayırmışdı. Proqramın məqsədi də “insan hüquqlarının təşviqi və onları zorakılıq və ayrı-seçkilikdən qorumaq”dan ibarət olmuşdu. Bundan başqa, USAID-in Ermənistan missiyasının direktoru Con Allelo ötən ilin dekabr ayında mətbuata açıqlamışdı ki, qurum hazırda İrəvanda və Ermənistanın bütün regionlarında ümumilikdə 32 proqram həyata keçirir. Allelo 2018-ci ildən agentliyin erməni missiyasının maliyyələşdirilməsinin 75 faiz artdığını da bildirmişdi.

Erməni ekspertlər deyirlər ki, USAID-in fəaliyyətinin miqyasının azaldılması iş yerlərinin itirilməsi və bir çox proqramların dayandırılması ilə nəticələnəcək. Eyni zamanda, qurumun bağlanması Ermənistandakı bir sıra islahatlara da təsir edəcək, çünki agentlik bununla birbaşa məşğul olurdu. Politoloq Qriqor Balasanyan buna misal olaraq hüquq-mühafizə sistemində aparılan islahatları göstərir: “Polis patrul xidmətinin başına gələnləri görmək maraqlı olacaq, çünki mətbuata görə, onun maliyyəsinin bir hissəsi USAID tərəfindən verilirdi. Milli Qvardiyanın formalaşdırılması prosesi, Ədliyyə Nazirliyində aparılan islahatlar necə olacaq? İctimai rəyi formalaşdıran və USAID tərəfindən maliyyələşdirilən mətbuat klublarının gələcək taleyi də aydın deyil”. Onun sözlərinə görə, çoxlu sahələr var və təbii ki, onların zəiflədilməsi və ya bağlanması dövlət siyasətinə, ilk növbədə, təbii ki, daxili siyasətə öz təsirini göstərəcək, çünki dövlət bu vəsaitləri təkbaşına doldurmağa məcbur olacaq.

Bir sözlə, USAID-in ABŞ-ın xarici siyasət alət olduğunu hamı bilir. Qurumun uzun illər ərzində ayırdığı maliyyə vəsaitləri sayəsində Ermənistanda maraqlarına uyğun hərəkət edən “vətəndaş cəmiyyəti” fəalları formalaşdırmaq bacarığı ortadadır. Ancaq indi vəziyyət dəyişir. Ağ ev USAID-i milli maraqlara cavab verməməkdə ittiham edir. Bu da “sorosçu” erməniləri də ciddi şəkildə narahat edir və onlar düşünürlər ki, USAID-in Ermənistandakı fəaliyyətinin başa çatması vətəndaş cəmiyyətinin ab-havasını və palitrasını əhəmiyyətli dərəcədə dəyişəcək. Belə bir perspektiv isə Ermənistanda Qərb küləklərinin əsməsini dayandıra bilər. Buna görə də, Ermənistanda müxtəlif media qurumları, QHT-lər ABŞ hökumətinin USAID-lə bağlı mərhəmətə gələcəyinə ümid edirlər. Lakin Ağ evin son bəyanatları göstərir ki, Birləşmiş Ştatlar sağa-sola pul paylamağı dayandıracaqlar. Bundan sonra ABŞ-ın real strateji maraqlarına uyğun gələn layihələrə vəsait ayrılacaq. Bu isə o deməkdir ki, ermənilər USAID-in əvvəlki “sevgisini” hiss edə bilməyəcəklər.

S.ELAY
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Fevral 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri