Icma.az
close
up
RU
Rusiyadan əsən Şimal küləyi...

Rusiyadan əsən Şimal küləyi...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və  Rusiya 2022-ci il 22 fevral tarixində  “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıblar. Sənəddə iki ölkə arasında münasibətlərin xalqlarımızın mənafeyi naminə keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılması niyyəti ifadə olunub.

Özlüyündə bu bəyannamə hər iki tərəf üçün məsuliyyət yaradır. Azərbaycan öz məsuliyyətini yaxşı başa düşür və Rusiya ilə xoş niyyətə əsaslana qonşuluq siyasətini davam etdirməkdə maraqlıdır. Ölkəmiz digər dövlətlər kimi, Rusiya ilə münasibətlərin də paritet əsaslarda qurulmasının və inkişaf etdirlməsinin tərəfdarıdır. Çoxvektorlu əməkdaşlıqda hər iki tərəfin milli maraqları qorunmalı və suverenlik prinsipinə əməl olunmalıdır.

Ancaq eyni sözləri Rusiya barəsində söyləmək mümkün deyil. Son vaxtlarda bu ölkədən , necə deyərlər, Şimal küləyinin əsdiyi müşahidə edilir. Xüsusilə də Rusiyanın ayrı-ayrı dairələrində Azərbaycan əsassız hücumlara məruz qalır ki, bütün bunlar iki ölkə arasında tarixən formalaşmış dostluq ənənələrinə, yuxarıda bəhs etdiyimiz bəyannamənin ruhuna ziddir.

8 ay ötsə də...

Ötən il dekabrın 25-də Rusiya səmasında dəhşətli hadisə baş verib - “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi vurulub və ekipaj Qazaxıstan istiqamətinə yön alaraq Aktau şəhəri yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə, 67 nəfər olub. Onlardan 32 nəfərin sağ qaldığı müəyyən edilib.

Əlbəttə təyyarənin Rusiya səmasında qəsdən vurulduğu ehtimal edilmir. Ancaq qonşu dövlətin rəsmilərinin davranışları müəmmalıdır və suallar yaradır. Rusiya tərəfi əvvəlcə təyyarənin quş sürüsü ilə toqquşması versiyasını gündəmə gətirdi. Sosial şəbəkələrdə yayılan görüntülər, sağ qalan sərnişinlərin ifadələri bu versiyanın həqiqətə uyğun olmadığını təsdiqlədi. Belə olada Azərbaycan təyyarəsinin guya Ukrayna dronlarının hədəfinə çevrildiyi bildirildi. Bu da inandırıcı deyildi. Mülki təyyarənin dronların hücumuna məruz qalması təkzib olundu.

Sonradan təyyarənin qara qutusu oxundu, əsl həqiqət  aşkarlandı. Məlum oldu ki, təyyarə Rusiya qüvvələri tərəfindən vurulub. Bununla belə, Rusiyanın rəsmi dairələrinin davranışları adekvat deyil. Beynəlxalq konvensiyalara görə, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiya səmasında “səhvən vurulması” bu ölkə üçün bir sıra məsuliyyətlər yaradır. Mülki təyyarəyə qarşı hərbi güc tətbiq olunması 1944-cü il tarixli Çikaqo Konvensiyasına tam ziddir. Həmin konvensiyaya görə, heç bir dövlət mülki hava gəmisinə qarşı silahlı müdaxilə edə bilməz. Konvensiyanın 25-ci maddəsinə əsasən, təcili vəziyyətdə olan mülki təyyarələrə yardım göstərilməsi beynəlxalq öhdəlikdir. Qroznı və Mahaçqala hava limanlarına enişin rədd edilməsi, nəticədə Aktauya məcburi eniş və 38 nəfərin ölümü bu maddənin pozulduğunu göstərir

Rusiya tərəfi təzminatlar ödəməlidir. Varşava və Monreal konvensiyaları sərnişinin ölümü və ya xəsarət alması hallarında maliyyə məsuliyyətini müəyyən edir. Monreal Konvensiyasını 140 dövlət, o cümlədən Azərbaycan və Rusiya ratifikasiya edib. Monreal Konvensiyası inflyasiyadan asılı olaraq zərərin məbləğini indeksləşdirməyə imkan verir. Sənədə əsasən, hazırda ölüm halında təxminən 190 min dollar, yaralanma və xəsarət olarsa, 167 min dollar məbləğində kompensasiya ödənilir. Təzminat ödənilərkən daxili və beynəlxalq uçuşlar arasında fərq nəzərə alınır. Məsələn, Rusiyada daxili uçuşlar zamanı bir sərnişinin ölümü halında təxminən 2 milyon rubl məbləğində kompensasiya müəyyən edilib.

Eyni zamanda, “Azərbaycan Hava Yolları”na məxsus “Embraer E190” təyyarəsinin qiyməti vəziyyətindən, uçuş saatlarının sayından, texniki xüsusiyyətlərindən asılı olaraq 15 milyon dollardan 45 milyon dollara qədər ola bilər. İndiyədək Rusiya təyyarədə ölənlərin ailələrinə, yaralılara təzminatlar ayırmayıb, həmçinin təyyarənin dəyərini ödəməyə tələsmir. Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda sualları cavablandırarkən Azərbaycanın haqlı narazılığına bir daha diqqət çəkərək vurğulayıb: “Təyyarəmizə qarşı iki dəfə hücum olub. Təsəvvür edin ki, Ukrayna dronu gəlir, Azərbaycan təyyarəsini hədəf alır, sonra qayıdır gedir və ikinci dəfə yenə bizim təyyarə ilə toqquşur. Yəni, bu uşaq bağçası səviyyəsində hekayədir, biz bilirik nə baş verib. Bundan başqa, Rusiya hava məkanı bağlanmamışdı. Hava məkanı bizim təyyarəmiz vurulduqdan bir neçə dəqiqə sonra bağlanmışdır və bu da məsuliyyətdir. Həmin o şəxslər “xalça əməliyyatı”nı vaxtından gec elan ediblər. Bu, gün qədər aydındır. Ancaq yeddi aydır ki, (səkkiz aydır - red.) biz cavab ala bilmirik. Bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın Təhqiqat Komissiyasına məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil”.

Azərbaycanlılara qarşı artan repressiyalar, Ukraynada ölkəmizə məxsus enerji infrastrukturunun dağıdılması...

Son vaxtlarda Rusiyanın ayrı-ayrı yaşayış məntəqələrində, o cümədən də Yekaterinburq və digər şəhərlərində azərbaycanlılara qarşı qərəzli, insan hüquqlarına zidd repressiyalara start verilib. Azərbaycanlı iş adamlarının ofisləri, ticarət obyektləri heç bir izahat verilmədən bağlanır, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları təfindən təhqirlərə məruz qalırlar, həbsə alınırlar, hətta bir neçə soydaşımız həyatını itirib. Paralel şəkildə, Rusiya mətbuatı respublikamızla bağlı yalanlar tirajlayır. Qaralama kampaniyası hətta bir sıra ictimai dairələri də əhatə edib. Təəssüf doğuran haldır ki, ayrı-ayrı deputatlar və digər tanınmış similar da bədnam xora qoşulublar. Bu xorda Konstantin Zatulin kimilərinin səsi daha ucadan eşidilir. Onlar Azərbaycanı hansısa xəyanətdə ittiham edirlər. Məgər belə yanaşmalar Rusiya Dumasının imicinə uyğundur? Rusiya onilliklər ərzində Minsk qrupunun həmsədr dövlətlərindən biri olub. Fəaliyyətin nəticəsi sıfırdır. Eyni zamanda, postmüharibə mərhələsində Azərbaycan sülhyaratma prosesində Moskvanın vasitəçiliyinə etiraz etməyib. Nəticə yenə də sıfırdır. Belə olan halda Azərbaycan sülhü qazanmaq üçün daha nə qədər gözləməli idi?

Bu günlərdə Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycan mallarının Rusiyaya idxalının qadağan edilə biləcəyini gündəmə gətirib. O bildirib ki, əgər Rusiyada Azərbaycan malları olmayacaqsa, biz bundan heç nə itirməyəcəyik, amma onlar üçün vəziyyət ciddi dəyişəcək. Belə deyil, cənab Qurulev. Dəyənəyin iki başı var. 2024-cü ildə Rusiya ilə  Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard 799 milyon dollar olub. Azərbaycanın Rusiya ixracı ölkəmizin ümumi ixracatının cəmi 4.4 faizini təşkil edir. Bu o deməkdir ki, Azərbaycanın 26 milyard 338 milyon dollarlıq ixracatının 95 faizindən çox hissəsi Rusiyadan kənar ölkələrə yönəlib. Yeni bazarların axtarışı da gündəmdədir. Beləliklə, pis ssenarinin işə düşəcəyi təqdirdə respublikamızın itkilərinin həcmi böyük olmayacaq. Daha çox itirən isə  Rusiya biznesi və bu ölkənin keyfiyyətli məhsullarımızı gözləyən sıravi vətəndaşları olacaq.

Eyni zamanda, Rusiya ordusunun Azərbaycanın Ukraynadakı enerji infrastrukturunu hədəfə alması çox şeydən xəbər verir. Bu, ölkəmizə qarşı qərəzçiliyin, münasibətləri korlamaq niyyətinin açıq-aydın təsdiqidir. Azərbaycan lap əvvəldən beynəxalq hüquq mövqeyindən çıxış etməklə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və indi də bu mövqeyinə sadiqdir. Müharibə başlayandan bəri respublikamız bir neçə dəfə Ukraynaya humanitar yardım göstərib. Lakin bütün bunlar Rusiyanın Azərbaycana qısqanc yanaşmasına əsas verə bilməz.

MÜBARİZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Avqust 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri